Tanıtım zəifdir
07:38 01.02.2018
Arxiv
625
“Şahdağ” turizm zonasına ilk növbədə yerli əhalinin axını təşkil edilməlidir
Son vaxtlar qış turizmi ilə bağlı bir hərəkətlilik hiss olunur. Təbii ki, bu sahədən büdcəni xeyli zənginləşdirmək olar. Qış turizmindən danışarkən ilk ağıla "Şahdağ” gəlir. Bölgəni turistlərə cəlbedici etmək üçün müəyyən işlər görülür.
Burada yeni lift meydançası, eniş zolağı inşa ediləcək. Bundan başqa əyləncə infrastrukturu da qurulacaq, "boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi və başqa iaşə obyektləri tikiləcək. Kompleksin yay mövsümündə xidmət göstərməsi üçün göl yaradılacaq, üzgüçülük üçün şərait olacaq.
Kompleksin yol infrastrukturunun da yenilənməsi görüləcək işlər sırasındadır.
"Şahdağ” qış-yay turizm kompleksi barədə məlumatlı olan iqtisadçı Razi Abbasbəyli "Şərq”ə açıqlamasında kompleksin rentabelli və xarici turistlərə daha cəlbedici olması üçün bir sıra işlərin həyata keçirilə biləcəyini deyib:
- Ümumiyyətlə, dünya praktikasında qış turizmi az səmərəli hesab olunur.
Turizmdə ən çox gəlir gətirən tarixi abidələrdir. Hansı ölkə ki tarixi abidələrlə zəngindir, ən çox turist məhz o ölkələrə gedir. Türkiyə kimi inkişaf etmiş turizm ölkəsində gəlirlərin 70 faizi tarixi abidələrlə zəngin bölgələrdən əldə edilir. Məsələn, Kapadokya kimi. İstanbul da məhz tarixi abidələri ilə turistləri cəlb edir. Qış turizminin az səmərəli olması həm də iqlim şəraiti ilə bağlıdır.
Qış turizmi üçün zaman çox məhduddur. Azərbaycanda qış mövsümü sərt keçmir. Yağıntılar da çox olmur. Qışda yalnız həftə sonları və bayram günlərində harasa dincəlməyə, istirahət etməyə gedirlər, bu da 2-3 gün çəkir. Amma yay mövsümü uzundur. Yay turizmində meşə, dağçılıq, dəniz, hər şey var. "Şahdağ” qış-yay turizm kompleksi də məhz qış turizmi üçündür. Buna görə də rentabelli deyil. Yerli əhali üçün bu kompleksi əlçatan hesab etmək doğru olmaz. Qiymətlərə nəzarət edilmir. Mənim yaxın dostum bir vaxt orada menecer işləyib. Ona görə də vəziyyətlə az-çox tanışam. Dövlət büdcəsindən kompleksə ayrılan vəsaitin 40 faizi geri qaytarılmayıb. Büdcədən dotasiya ayrılmasına baxmayaraq qiymətlər çox bahadır. Yerli əhali kompleksin xidmətlərindən çox az istifadə edir. Xarici turistlərin marağı isə zəifdir. Dünyada qış turizminin daha yaxşı, daha maraqlı təşkil olunduğu ölkələr, məkanlar var. Biz bu turizm kompleksinin rentabelli, gəlirli olmasını istəyiriksə, ilk növbədə yerli əhalinin orada dincələ bilməsi üçün güzəştli şərtlər tətbiq etməliyik. Potensial turist yerli əhalidir. Əhalinin kompleksdən istifadəsi asanlaşsa, gəlir əldə edilər. Turizm şirkətləri ilə əlaqələr də zəifdir. Turizm şirkətlərinə paketlər təqdim edilmir. Yalnız kanatdan istifadə icazəsi verilir. Qalmaq, yemək xərclərində heç bir güzəşt yoxdur. Bunlar kompleksə marağı azaldır. İlk növbədə yerli əhalinin ora axını təşkil edilməlidir. Yolların rahat olması da böyük əhəmiyyət daşıyır. Çox adam məhz yolun çətinliyi səbəbindən Şahdağa getmir. Bakı-Quba yolu ürəkaçan vəziyyətdə deyil.
R.Abbasbəylinin fikrincə, turizmin inkişafında təqdimat və tanıtım əsas rol oynayır:
- Mən fikir vermişəm ki, sosial şəbəkələrdə "Şahdağ”ın təqdimatı zəifdir. Mədəniyyət və Turizm Nazirliyi bu işlə məşğul olmalıdır. "Şahdağ” kompleksi haqqında məlumatı olanlar da azdır. Adını eşidiblər, ancaq harda yerləşir, orada nə var, bilmirlər. Düşünürəm ki, "Şahdağ” turizm kompleksində beynəlxalq səviyyəli idman yarışları, tədbirlər keçirilsə, bu, oranın tanınmasına böyük kömək edər. İndiyədək "Şahdağ” turizm kompleksində bir dəfə idman yarışları keçirilməyib. Olmasın beynəlxalq səviyyəli, geniş masştablı. Regional səviyyəli yarışlar da keçirmək olar.
Bunun özü də böyük işdir. Bakının tanınmasına "Formula - 1” yarışlarının, "Avroviziya” mahnı müsabiqəsinin, İslam Həmrəyliyi Oyunlarının böyük təsiri oldu. "Şahdağ”da xarici turistlərin əylənməsi üçün şərait yaradıla bilər. Xizəksürmə üçün zolaqlardan başqa, orada buz meydançası da var. Dağa dırmanma təşkil edilə bilər. Hazırda dağ idman növləri çox populyardır. Yaxınlıqda otellər də var. Turistlərin gecələməsi rahat təşkil edilər. Yəni, "Şahdağ”la da bağlı geniş tədbirlər planı tərtib edilə bilər və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün də orada imkanlar var.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm