Tatlıses ABŞ-da müalicəsi zamanı ilk dəfə göstərildi





Qısa bir müddət əvvəl müalicəsi üçün Mayamiyə gedən İbrahim Tatlısesi müalicə əsnasında dostları və sənətçi yoldaşları tək buraxmır.
Müalicəsi davam edən məşhur sənətçi, həkiminə müayinə olarkən DHA tərəfindən göstərildi. Fotoşəkilin çəkildiyi zaman Tatlısesin yanında işadamı İbrahim Erdemoğlu, Dr. Sezə Gülər və ABŞ-lı həkimi var. Mayamidə sənətçi dostları və yoldaşları Tatlısesə dəstək olur və əhvalını yüksək tutmağa çalışır.
İbrahim Tatlıses uzunca sürən müalicəsinin nəticəsində tamamilə olmasa da, sağlamlığına qovuşmuşdu, lakin qırılan kəllə sümüyü risk daşıdığı üçün çıxarılmamış və sol tərəfi iflic qalmışdı. Məşhur sənətçi bu sümüyünün çıxarılması üçün Mayamidə bir dəfə də əməliyyat keçirəcək. Riskli olan bu əməliyyat əvvəlində sevənləri məşhur türküçüyə dəstək olur.
Burada müalicəsi uzun sürəcəyindən  bir avtomobil və ev alan Tatlıses bir ay içərisində əməliyyat keçirməsi gözlənilir.