Təhlükə Rusiyadadır, bizə hələ gəlib çatmayıb
20:14 27.02.2015
Arxiv
919
Direktor müavini Azərbaycanda “donuz qripi”nin yayıla bilməsi ilə bağlı narahatçılığa əsas görməyib
Bir müddət əvvələ qədər dünyanı lərzəyə salan "Ebola” xofu canımızdan çıxmamış, indi də dünyanı "donuz qripi”nin yenidən qayıtma qorxusu bürüyüb. 2009-cu ildə böyük pandemiyaya çevrilən və uzun fasilədən sonra yenidən əhatə dairəsini genişləndirən öldürücü virus artıq Rusiyada da can alıb. Əvvəllər daha çox Afrika ölkələrində, Uzaq Şərqdə yayılan bu virus artıq okeanı adlayıb keçib. Hazırda bütün dünya bu pandemiyaya qarşı mübarizəyə başlayıb. "Donuz qripi”nin arealı genişləndikcə, virusa yoluxmaq qorxusu artır.
Qeyd edək ki, indiyə qədər virusun ən çox yayıldığı bölgələr Tomsk, Kaluqa, Vladivostok, Kirov, Şimali Osetiya və Volqoqrad şəhərləri olduğu bildirilib. Rusiyanın Şimali Osetiya ərazisində 5 nəfər, Yekaterinburq şəhərində isə 1 nəfər virusdan dünyasını dəyişib. Dünyanı ağuşuna alan və şimal sərhəddimizə qədər gəlib çatan "donuz qripi”nin Azərbaycanda yayılma ehtimalı ilə bağlı danışan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanovun sözlərinə görə, Rusiyada qripin mövsümi artımı başlasa da, Azərbaycanda qripin artımı müşahidə edilmir. Rusiyada epidemioloji sezon dövründə 60-dan çox insanın "donuz qripi”nə yoluxduğunu vurğulayan Ş.Qurbanov Azərbaycanda "donuz qripi”nin yayıla bilməsi ilə bağlı narahatçılığa əsas görməyib. Onun sözlərinə görə, qış dövründə qripin yayılmasının qarşısını almaq üçün ona qarşı profilaktik tədbirlər hər il aparılır. "Donuz qripi” ilə adi qripin yoluxma yolları eyni, əlamətləri oxşar olduğundan onlara qarşı həyata keçirilən profilaktik tədbirlər oxşardır. Bu baxımdan, Azərbaycanda "donuz qripi”nə qarşı əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmur və buna ehtiyac da yoxdur. Direktor müavini əlavə edib ki, əslində, "donuz qripi” - H1N1 virusu adi qripdən daha zəifdir: "Qrip adi asqırmaq, öskürmək deyil. Qrip daha ağır kəskin respirator infeksiyadır. Ona yoluxmanı yalnız laboratoriya təyin edir”. Onun sözlərinə görə, qripdən ölüm halları da "donuz qripi”ndən bir neçə dəfə çoxdur. Adi qripə yoluxma 5 faiz hallarda ölümlə nəticələnsə də, "donuz qripi”ndə ölüm halları 2 faizdən aşağı olur: "Sadəcə olaraq, adi qrip kimi "donuz qripi”nin də tez bir zamanda insanlar arasında yayılma xüsusiyyətləri var. Qış dövründə insanlar qapalı məkanlarda çox olduğundan yayılma da çox olur”. Xəstəliklərə qarşı profilaktik tədbirlərin nələrdən ibarət olduğuna gəldikdə, Ş.Qurbanov deyib ki, qripin əlamətlərini hiss edən şəxslər həkimə müraciət etməli, maska taxmalı, gigiyenik qaydalara əməl etməlidirlər. Xəstəliyi yaymamaqdan ötrü ictimai yerlərdə daha az olmağa çalışmalıdırlar: "İnsanlar sağlam həyat tərzi sürməlidirlər. Orqanizmi möhkəmləndirən qidalar qəbul etməli, siqaret, içkilərin qəbulunu azaltmalı, yaxud da heç istifadə etməməlidirlər. Çünki onlar insanın immun sistemini zəiflədir”. Azərbaycanda donuz təsərrüfatının çox yayılmadığını vurğulayan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, ölkədə olan donuzların sayı cəmisi 6-7 min civarındadır. Onlar da ayrı-ayrı təsərrüfatlarda saxlanılır: "Say etibarı ilə çox olmadığı üçün Azərbaycanda olan donuzları nəzarətdə saxlamaq o qədər də çətin iş deyil. Hələ 2008-ci ildə Qəbələ rayonunun Nic kəndində Afrika taunu aşkarlandığı zamandan yoluxucu viruslarla bağlı məsələ ciddi nəzarət altına götürülüb. Həmin gündən bu günə qədər də Azərbaycandakı donuzların qapalı şəraitdə saxlanılması nəzərdə tutulub”. DBX-nin sözçüsü bəyan edib ki, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqla bağlı müntəzəm olaraq Baytarlıq Xidməti tərəfindən monitorinqlər keçirilir və ölkədə saxlanılan donuzlar arasında heç bir narahatedici hal qeydə alınmayıb. H1N1 adlandırılan "donuz qripi”nin daha çox insanlar arasında yayıldığını vurğulayan Y.Xanvəli deyib ki, bu məsələni də Səhiyyə Nazirliyi nəzarətdə saxlamalıdır. DBX bu istiqamətdə üzərinə düşən vəzifəni tam məsuliyyətlə yerinə yetirir və tam əminliklə Azərbaycanda heyvandarlıq sahəsində viruslara qarşı mübarizənin tam nəzarətdə olduğunu bəyan edir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm