Tənha yaşayan Xalq artistinin meyitini FHN aşkar edib





Xalq artisti Zərnigar Ağakişiyeva dünyasını dəyişib. Kult.az xəbər verir ki, Azərbaycanın tanınmış və sevilən aktrisası bu gecə vəfat edib. Tənha yaşayan aktrisanın ölümü ilə bağlı FHN məlumat yayıb.

Məlumatda bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitini aşkar ediblər. Z.Ağakişiyevanın meyiti aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunur.