Tənzilə Rüstəmxanlı təltif edilməsindən danışdı: "...Çox gözəl duyğudur"






Cənab Prezidentin sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilməyim çox həssas məsələdir. İnsan bu dəyəri, qiyməti görəndə çox duyğulanır".

Bu barədə "Sherg.az"a "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib. o qeyd edib ki, insanın əməyinin dəyərləndirilməsi çox gözəl duyğudur: 


" Açığı, bunu gözləmirdim. Bu haqda düşünmürdüm. Belə bir gözləntim də yox idi. Amma cənab Prezidentin tək mənim deyil, bir neçə şəxsin əməyini, zəhmətini dəyərləndirməsi onun böyüklüyündən xəbər verir . Prezidentimizə təşəkkür edirəm. 

O, Azərbaycana xidmət edənləri, ölkə hüdudlarından kənarda Azərbaycan üçün çalışan insanların əməyini həmişə yüksək qiymətləndirib. Prezident Azərbaycan ziyalısı və aydınına hər zaman həssas yanaşıb, onların əməyini yüksək qiymətləndirib. Əlbəttə, bu qiymətləndirmə üzərimə yaxşı mənada çox ağır məsuliyyət qoyur. 

Yəni ölkəmiz və millətimiz üçün xidmətlərimizi daha da genişləndirməliyik. Bu mənada mənə və xidmətlərimə verdiyi dəyərə görə, cənab Prezidentə sonsuz minnətdarlığımı ifadə edirəm. Bunu ölkə başçısının Azərbaycan ziyalısına göstərdiyi diqqət kimi qəbul edirəm".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını və bir neçə şəxsi "Tərəqqi” medalı ilə təltif edib.

Ayyət ƏHMƏD