Tibbi sığortanın Türkiyə modeli bizə sərf edir
10:53 27.10.2014
Arxiv
1144
“Azərbaycanda ilkin olaraq doğuş və təxirəsalınmaz yardım sığorta edilməlidir”
Geniş müzakirələrə səbəb olan icbari tibbi sığortanın tətbiqi ilə bağlı aparılan işlər sürətləndirilib. Bununla əlaqədar yaradılan komissiya müxtəlif ölkələrin təcrübələrini nəzərdən keçirir.
Bu sahədə aparılan işlər haqqında məlumat verən maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirib ki, baş nazirin müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edir və bu qrupda müvafiq qurumların nümayəndələri təmsil olunub. İşlər bundan öncə də aparılırdı, amma indi biz bu işə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olacağıq”.
Nazir icbari tibbi sığortanın tətbiqi üçün optimal bir modelin seçiləcəyinə ümid edir. Onun sözlərinə görə, komissiya həm mənfi, həm də müsbət təcrübəni öyrənir: "Məsələn, elə ölkələr var ki, onlar icbari tibbi sığortanın tətbiqinə başlayanda çox uğurlu alınmışdı, lakin sonradan çox böyük problemlərlə üzləşiblər”.
İcbari sığortanın tətbiqi ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru Adil Qeybulla ilk öncə bunun vacibliyindən söz açıb: "İcbari tibbi sığorta tibbi xidmətin bir növüdür. Əgər qərb standartlarına uyğun Azərbaycan səhiyyə sistemini yenidən təşkil etmək istəyiriksə, bunu tibbi sığortasız təsəvvür etmək mümkün deyil. Digər tərəfdən tibbi sığorta əhalinin sosial müdafiəsinin mühüm bir formasıdır.
A.Qeybullanın sözlərinə görə, tibbi sığorta əvvəlcə icbari, sonra könüllü olur: "Azərbaycan reallığında ilkin olaraq icbari şəkildə tibb sığortası tətbiq edilməlidir”.
O, icbari tibbi sığortanın mahiyyətindən də danışıb: "Bu, vətəndaşların çox mühüm müayinə və müalicə vasitələrinin dövlət və aidiyyəti strukturlar tərəfindən himayəyə götürülməsidir. Azərbaycanda ilkin olaraq doğuş və təxirəsalınmaz yardım sığorta edilməlidir. Məsələn, avtomobil, təbii fəlakət və hadisə qəzaları, qanaxmalar, kəskin cərrahi xəstəliklər və s. hallar baş verdikdə, vətəndaş bu sığortanın hesabına müalicə oluna bilsin”.
Ekspert tibbi sığorta üzrə insanların 4 kateqoriyaya bölündüyünü də bildirib: "Birinci, işləməyən, gəliri olmayan və minimum ehtiyaclarını ödəyə bilməyən insanlardır. Bu qrupa heç kimi və himayədarı olmayan şəxslər və tələbələr daxildir. Birinci qrup şəxslər birbaşa dövlət büdcəsi hesabına tibbi sığorta olunurlar. İkinci kateqoriya əmək birjalarında qeydiyyata alınan işsizlərdir. Lakin bizdə belə işsizlərin real statistikası yoxdur. Ona görə də onların maliyyələşməsi xeyli çətinlik törədir. Üçüncü qrupda dövlət, özəl və bələdiyyə sektorunda çalışan işçilər yer tutur. Dördüncü qrup üzrə isə biznesmenlər və məmurlar dayanır. Onlar xüsusi qaydada tibbi sığortalanırlar. Beləliklə, əhalinin bütün təbəqələri sığortalanmış olur”.
A.Qeybullanın qənaətincə, Azərbaycan bu sahədə Türkiyə təcrübəsindən faydalansa, ən optimal modeli seçmiş olar: "Çünki bu qardaş ölkə ilə bizim aramızda oxşar mental psixologiya, xeyli yaxınlıq və şərq bağları özünü göstərir. Həm də Türkiyə səhiyyəsi də qərb səhiyyə sisteminin tərkib hissəsidir. Biz onlardan xeyli nümunələr götürə bilərik”.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm