“Topaz”ın bağlanması bir nəfərin işi deyil
21:06 05.02.2015
Arxiv
949
Millət vəkili təklif edir ki, narazı deputatlarla Azad Rəhimovun görüşü təşkil edilsin
Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə "Topaz” idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirib. Nazir millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcəyini bildirib.
O deyib ki, bir vətəndaş və şəxs kimi "Topaz”ın bağlanmasına heç bir etiraz etməyəcək. Bir məmur kimi isə A.Rəhimovun reaksiyası ironik olub: "Qara bazar”la müqayisə etsək, Topaz çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur. "Topaz” bağlanacaqsa, qoy qalsın "qara bazar”. Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdur. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, "qara bazar” işləsin və "Topaz”ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar”. Qeyd edək ki, Milli Məclisin fevralın 2-də keçirilmiş iclasında deputat Qüdrət Həsənquliyev "Topaz”ın bağlanmasını təklif edib.
Nazirin "Topaz” ləğv olunacağı halda "qara bazar”ın tüğyan edəcəyi ilə bağlı iddiasına münasibət bildirən millət vəkili Zahid Oruc deyib ki, Azad Rəhimovun sərgiləmiş olduğu münasibət onun parlamentə və millət vəkillərinə yüksək münasibətinin göstəricisidir ki, bu da çox yaxşı bir örnək yaradır: "Parlament üzvləri hər hansı bir təklifi və hansısa hadisə ilə bağlı öz mövqeyini dilinə gətirirsə, deməli, vətəndaşların mənafe və maraqlarını qorumaq üçün müxtəlif yollar axtarır. Ola bilər ki, problemin həlli üçün məhz millət vəkillərinin qaldırdığı yox, tamamilə başqa bir model seçilsin. Amma istənilən halda qanunverici orqanın irəli sürdüyü təşəbbüslərə süngü ilə deyil, alicənablıq və anlayışla yanaşmanın özü kifayət qədər təqdirəlayiq haldır”.
Problemin tək "Topaz” məsələsi olmadığını, digər idman oyunları "bukmekerlərinin” təşkili və bunun qanuni formalarda aparılması dünya təcrübəsində də öz əksini tapıb:
- Birmənalı olaraq qəbul etməliyik ki, proqnoz vermələr və müvafiq olaraq insanların uduşa vəsait ödəməsi Azərbaycanın ixtirası deyil. Digər tərəfdən də "Topaz” rəsmiləşənə və bir qurum halında cəmləşənə qədər insanlar lokal şəraitdə mərcləşirdilər. Bu da ki sonda çox acı nəticələr doğururdu. Məsələ, təkcə vergi ödəmələrindən yayınmaqdan getmir. İnsanlar külli miqdarda vəsaitlərini sorğu-sualsız, məlumatsız bir şəkildə oyuna qoyurdular və bu da bir çox hallarda ailə faciələrinə yol açırdı. Çünki bu cür oyunlar zamanı insanlar evlərini, maşınlarını uduzurdular. Sosial cəhətdən kifayət qədər ciddi sarsıntı ilə üz-üzə qalan adamlar son nəticədə isə intihara əl atırdılar. Bu səbəbdən də mənim aləmimdə "Topaz” kimi qurumların meydana çıxması prosesə ictimailik və rəsmiyyət xarakteri verdi. Heç bir halda niyyətim hakim rolunda çıxış etmək deyil. Hər zaman dövlətçi mövqedə dayanan biri olaraq həmkarım Qüdrət Həsənquliyevə çox dəyər verirəm. Müxalif platformada dayansa da, hər zaman cəmiyyətin mənafelərini önə çəkməyə çalışıb. "Topaz” məsələsi problem olaraq qaldırılan zaman da konkret hansı faktlara istinad edildiyi mənə bəlli deyil. Xatırladığım qədər bu məsələ digər həmkarlarım tərəfindən də bir neçə dəfə parlamentdə qaldırılıb. Hesab edirəm ki, məsələni qaldıran həmkarlarımın hökumət təmsilçiləri ilə görüşməsi və bu məsələ ətrafında geniş müzakirələrin aparılmasına çox ciddi ehtiyac var. "Topaz” bir nazirliyin fəaliyyət çərçivəsinə aid olan bir məsələ deyil. Söz yox ki, Azad müəllim kifayət qədər açıq bir insandır və parlamentarilərin digər məsələlərlə bağlı çağırışlarına da həmişə səs verib. Bərdə ilə bağlı müxtəlif xarakterli problemlərin hamısını hörmətli nazirə yönəltmişik və anlayışlı reaksiyalar da almışıq. "Topaz”ların fəaliyyəti ilə bağlı məsələ çox yaxşı olar ki, narazı parlament üzvləri və Gənclər və İdman Nazirliyi səviyyəsində müzakirə olunsun. Nəticələrin cəmiyyətə bildirilməsi isə daha anlayışlı bir vəziyyət yaradar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual