Tramp elə bir paylaşım etdi ki...





Ötən həftə Florida ştatındakı məktəbdə baş verən və 17 məktəblinin ölümü ilə nəticələnən silahlı insidentdən sonra ABŞ lideri Donald Tramp  Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ)  tənqid edib.

Tramp, Twitter hesabındankı  paylaşımda, MKİ-in  Floridada məktəbə atəş açan təcavüzkarla əlaqədar ipuclarını gözdən qaçırdığını ifadə edərək, təşkilatın Rusiyanın 2016-cı ildəki prezident seçkilərinə müdaxilə etdiyi iddialarıyla əlaqədar icra etdiyi istintaqa çox zaman xərclədiyini bildirib.

Tramp paylaşımında, " MKİ-in  Floridada məktəbə atəş açan təcavüzkara istiqamətli bütün işarələri gözdən qaçırması çox kədərlidir. Bu qəbul edilə bilməz. Rusiyanın Tramp kampaniyası ilə gizli müqavilə bağladığını isbat etmək üçün çox zaman xərcləyirlər, ancaq ortada hər hansı bir gizli razılaşma yoxdur. Əsl işinizə dönün və hamımızı qürurlandırın." ifadələrinə yer verib.