Türkiyə Minsk Qrupu həmsədirliyinə gətirilsin
20:20 19.02.2015
Arxiv
481
Millət vəkili yeni təklif verib
Millət vəkili Azay Quliyev ATƏT PA-da Almaniya və Türkiyənin Minsk Qrupu həmsədirliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib.
Lent.az-ın məlumatına görə, millət vəkili vurğulayıb ki, Minsk Qrupunun uğursuzluğu daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir: "Belə hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk Qrupunun hazırkı həmsədrlik institutunu "5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və Türkiyə? Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir. Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv şəkildə istifadə imkanları var. Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalamasına nail olmaq olar. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olmasıyla bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacicdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm