Türkiyə Parlamentinin yeni spikeri Azərbaycana gələcək





Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentop Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, M.Şentop həmçinin Şimali Kiprə də səfər edəcək.

Səfərlərin dəqiq tarixi barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 24-də keçirilmiş səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.