Türkiyədə FETO dalğası: 108 vəkil həbs olundu




Türkiyədə FETO əməliyyatları çərçivəsində 126 nəfər şübhəli saxlanılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun 37 rayonunda eyni zamanda aparılan FETO araşdırması nəticəsində saxlanılanların 108-i vəkillərdir.

137 ünvanda həyata keçirilən əməliyyatlarda şübhəli insanların saxlanması prosesi davam edir.