Türkiyədən Həccə 56 min 404 nəfər zəvvar yola düşüb

Ən kiçik zəvvarın 1, ən qocasının isə 94 yaşı var



 Türkiyədən Həcc ziyarətinə bu il 56 min 404 nəfər zəvvar yola düşüb. Analitik.az-ın Dəyanət işləri rəhbərliyinə  istinadən yaydığı xəbərə görə,  ən kiçik zəvvarın 1, ən qocasının isə 94 yaşı var. Hacı titulunu almadan artıq 20 türk zəvvar Səudiyyə Ərəbistanında vəfat edib. Ölüm hadisələrinə ürək xəstəlikləri, beyinə qan sızma və yol qəzası səbəb olub.
Qeyd edək ki, Həcc ziyarəti vaxtı vəfat edənlər vətənlərinə göndərilmir, müqəddəs torpaqlarda basdırılır.