Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür
08:51 10.02.2018
Arxiv
1491
Bu müqavilə ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi başa çatıb
Bu gün Azərbaycanın taleyində həlledici təsirləri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 190 il ötür.
Lent.az-ın xəbərinə görə, bu müqavilə ilə iki il davam edən II Rusiya-İran müharibəsi başa çatıb.
Müqaviləni Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Fətəli şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən Araz çayından şimaldakı Azərbaycan torpaqları Rusiyanın tərkibinə qatılır, İrəvan və Naxçıvan da Rusiyaya verilirdi. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 milyon manat təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verilirdi.
1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin davamı olan Türkmənçay müqaviləsi ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi rəsmən başa çatıb. Məhz bu müqavilədən sonra ermənilərin kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm