Türkmənistanla Azərbaycanın müzakirə mövzusu: Xəzərin statusu...
12:25 01.02.2018
Arxiv
686
Bu sözləri "Sherg.az”a Azərbaycan prezidenti İlham Əliyevin planlaşdırılan Türkmənistan səfəri haqqında danışarkən politoloq Qabil Hüseynli deyib.
O xatırladıb ki, bir müddət əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya səfər etdi:
"Bu səfər çərçivəsində bir sıra müqavilələr imzalandı. Türkmənistan tərəfi Azərbaycanı strateji tərəfdaş kimi tanıdığını bəyan etdi. Bu. iki ölkə arasındakı münasibətlərdə ciddi əlaqə idi və münasibətlər yeni səviyyəyə yüksəldi.
Azərbaycan prezidenti də Türkmənistanla Azərbaycan arasında hər hansı problem olmadığını vurğuladı. Prezident onu da əlavə etdi ki, yarana biləcək problemlərə görə, ölkə başçıları zəruri məsləhətləşmələr aparacaq.
Azərbaycan prezidentinin Türkmənistana planlaşdırılan səfəri bir növ cavab xarakteri daşıyır. Türkmənistanla Azərbaycan arasında əsas müzakirə mövzusu Xəzərin statusu və dənizdəki bəzi neft yataqlarının bölünməsi ilə bağlıdır. Güman edirəm ki, bu məsələlər də tezliklə həll ediləcək. Çünki tərəflər arasında artıq danışıqlar aparılır və Prezident İlham Əliyevin səfərinin nəticəsi olaraq yekun sənədə imza atıla bilər”.
Qeyd edək ki, Türkmənistanın Dövlət Agentliyinin məlumatına əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya