ÜAK-ın əvəzinə yeni təşkilatın yaradılmasını nə zəruri etdi ? - AÇIQLAMA





"Rusiyanın Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) fəaliyyətində qanun pozuntusu aşkarladığı üçün təşkilatı ləğv etdi”.

Bunu "Sherg.az”a Rusiyada qeydiyyatı ləğv edilmiş ÜAK-ın əvəzinə yeni Azərbaycanın yeni diaspor təşkilatının yaradılmasından danışarkən millət vəkili, politoloq Rasim Musabəyov söyləyib. O diqqətə çatdırıb ki, ÜAK-a dəfələrlə xəbərdarlıq edilib, nöqsanlar aradan qaldırılmadıqda belə addım atılıb:

"Təşkilatı kağızda ləğv etməklə, faktiki ləğv etmək arasında fərq var. Yerlərdə təşkilatlar fəaliyyət göstərir və onların başında bununla məşğul olan şəxslər durur. Onlar ÜAK-ın əvəzinə yeni təşkilat yaratmağa zərurət olduğunu dərk edir. Yeni təşkilatın yaradılması prosesi tamamlanmasa da, onun reallaşacağını düşünürəm”.

Qeyd edək ki, yeni yaradılan təşkilat Rusiyanın Azərbaycan Konqresi (Азербайджанский Конгресс России) adlandırılması təklif olunur.

Aysel Aslan