Üç ölkə Suriyadakı hədəfini açıqladı
20:07 14.02.2019
Arxiv
599
İran, Rusiya və Türkiyənin məqsədi terrorizmlə mübarizə və gərginliyin azaldılmasıdır
Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, ən qısa vaxtda Suriya üzrə Konstitusiya komitəsinin öz işinə başlaması olduqca önəmlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Türkiyə və İrandan olan həmkarları Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə birgə keçirilən üçtərəfli görüş zamanı bildirib.
"Bizim ölkədən olan diplomatlar Suriya tərəfi və BMT-ilə birgə Konstitusiya Komitəsinin heyətinin formalaşdırılması üçün çox ciddi iş görüb. Komitənin ən qısa zamanda öz işinə başlaması olduqca önəmlidir", - deyə Putin qeyd edib.
O, həmçinin vurğulayıb ki, milyona yaxın suriyalı qaçqının köməyə ehtiyacı var və ümid edilir ki, BMT və digər təşkilatlar onlara kömək göstərəcəklər: "Hazırda bütün Suriya ərazisində atəşkəs rejiminə əməl olunur və zorakılıq səviyyəsi azalır".
Rusiya lideri xatırladıb ki, Astana və Soçidə artıq Rusiya, İran və Türkiyə nümayəndə heyətləri, Suriyadan olan tərəflər, beynəlxalq müşahidəçilər və BMT nümayəndələri arasında 11 görüş baş tutub: "Bu görüşlər Suriya Ərəb Respublikasında vəziyyətin normallaşdırılması işində inkişafa nail olunmasına yardım edib".
İran prezidenti isə öz çıxışanda qeyd edib ki, Birləşmiş Ştatlar İraq və Suriyada terrorçuları dəstəkləməyə davam edir: "Amerikanlıların İŞİD terrorçularına kömək etməsi və onların Suriyaya gəlməsi, həmçinin Əfqanıstana göndərilməsinə yardım etməsinə dair etibarlı hesabatlar var".
O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar qoşunlarının Suriya ərazisində Suriya Ərəb Respublikasının icazəsi olmadan mövcudluğu bu ölkənin suverenliyini kobud şəkildə pozur.
Ruhaninin sözlərinə görə, İran, Rusiya və Türkiyənin ümumi hədəfi Suriyada terrorizmlə mübarizə və gərginliyin azaldılmasıdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında vurğulayıb ki, Türkiyə, İran və Suriya həyata keçirilən təxribatlara baxmayaraq Suriya üzrə Astana prosesinə sadiqdirlər: "Biz Suriyada siyasi prosesin davam etidirilməsi və orada atəşkəsin təmin olunması üçün böyük addım atmışıq. Dialoq vasitəsilə biz bir çox baryerlər aşmışıq".
Onun sözlərinə görə, Türkiyə Suriyadan qaçqınların qəbulu üçün təxminən 35 milyard dollar xərcləyib: "Suriyanın qonşuları kimi biz bu ölkədə sülh üçün əlimizdən gələni etməyi hazırıq. Suriya xalqı bizdən siyasi nizamlanmanın əldə olunması dair xoş xəbəri gözləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi