Ukraynada itkin və girov düşən azərbaycanlılarla bağlı BQXK və BMT-yə müraciət olunub
11:25 23.02.2015
Arxiv
646
Ukraynada yaşayan azərbaycanlılar ölkənin münaqişə bölgəsində itkin və girov düşən mülki azərbaycanlılarla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK), Ukrayna hüquq-mühafizə orqanlarına, BMT və ATƏT-in Kiyev ofisinə müraciət ediblər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, 2014-cü ilin may ayından etibarən ölkənin Luqansk və Donetsk vilayətlərində əsasən Ukrayna vətəndaşları olan 10-a yaxın azərbaycanlının itkin düşdüyü, 5 nəfərin isə girov götürüldüyü məlum olsa da, bu rəqəmlərin daha çox olma ehtimalı var.
Konqres müvafiq qurumlardan itkin və girov düşən azərbaycanlıların sayının daha da dəqiqləşdirilməsində yaxından kömək göstərməyi xahiş edib: "İtkin və girov düşənlərin baş verən münaqişədə heç bir silahlı müdaxiləsi olmayıb. Onlar əsas etibarı ilə həmin bölgədə yaşayan iş adamları, mülki şəxslərdir. Heç bir səbəb olmadan mülki şəxslərin, o cümlədən də azərbaycanlıların itkin düşməsi Ukraynada yaşayan çoxsaylı azərbaycanlıları, iş adamlarını, cəmiyyətləri çox ciddi narahat edir, bu ölkədə yaşayan digər etnik xalqlarla yanaşı, azərbaycanlıların da təhlükəsizliyini ciddi təhdid altına alır. Sizdən mülki soydaşlarımızın taleyinin dəqiqləşdirilməsindən yaxından kömək göstərməyinizi xahiş edirik”.
Müraciət BUAK sədri Rövşən Tağıyev, ölkənin 24 regionunda olan azərbaycanlılar konqresləri və cəmiyyətləri tərəfindən imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm