"Ümid” Partiyası prezidentliyə namizədini bu ayda AÇIQLAYACAQ





Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Oktyabr ayının 17-də baş tutacaq seçkilərdə iştirak üçün artıq bir neçə partiya namizədini müəyyənləşdirib.

Qeyd edək ki. hakim Yeni Azərbaycan Partiyası (YAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və " Müsavat" partiyaları prezident seçkilərinə qatılacaq namzidələırinin adını açıqlayıblar. Belə ki, seçkilərə YAP hazırkı ölkə başçısı İlham Əliyevlə, KXCP Mirmahmud Mirəlioğlu ilə, "Müsavat" partiyası isə İsa Qəmbərlə gedəcək.

"Sherg.az” olaraq, seçkilərə namizədinin dəqiqləşib-dəqiqləşmədiyini öyrənmək üçün
"Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə əlaqə saxladıq. O partiyanın prezidentliyə namizədinin may ayında müəyyənləşəcəyini bildirdi:

"May ayında partiyanın qurultayı keçiriləcək. Nizamnaməyə uyğun olaraq, "Ümid” Partiyasının prezidentliyə namizədini qurultay müəyyən edəcək”.

Aysel Aslan