“Unutmağa kimsə yox” festivalda nümayiş olunub
14:58 11.03.2019
Arxiv
632
Kamal Abdullanın "Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa "Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim olunub. Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti” fakültəsinin III kurs tələbələrinin hazırladıqları tamaşanın nümayişindən əvvəl çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Rafiq Əliyev bildirib ki, festivalda 9 gün ərzində 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.
"Teatr sənəti” fakültəsinin kurs rəhbəri, əməkdar artist Yaqut Paşazadə Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan festivalda tələbələrinin iştirakını əlamətdar hal kimi dəyərləndirib: "Bu münasibətlə mən bütün tələbələrimizi təbrik edirəm. Çünki peşəkar teatrlar, professional aktyorlarla bir müsabiqədə, eyni festivalda oynamaq artıq qələbədir. Bu qələbə münasibəti ilə tələbələrimizi təbrik edirəm. Festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə, Teatr Xadimləri İttifaqına təşəkkür edirəm. Tamaşanın müəllifi bu gün bizimlə bir yerdədir. Müəllifin qarşısında tamaşa oynamaq isə çox məsuliyyətlidir”
Daha sonra mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.
Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur.
"Unutmağa kimsə yox” qəmli və həzin, sentimental və kədərli, oyunabənzər bir həyat kimi təqdim olunur. Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm