"Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var"
“Uşağın atasını hamı tanıyacaq”
21:21 05.02.2015
Arxiv
739
Mədət Quliyev: “Bizim Xidmətə qarşı heç bir irad bildirilməyəcək, bunu hər kəs görəcək”
"Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var"
"Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var"
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev AzVision.az-a müsahibə verib.O, məhkum Lamiyə Quliyeva ətrafında gəzib-dolanan söz-söhbətlərə və bu məsələ ilə bağlı bir sıra ciddi məqamlara aydınlıq gətirib.
- Son günlər məhkum Lamiyə Quliyeva məsələsi fonunda sizinlə bağlı mətbuatda tənqidi məlumatlar yayılır. Öncə, bu barədə fikirlərinizi bilmək istərdik. Tənqidləri qəbul edirsinizmi?
- Mənim o yazılarla bağlı açıqlama verməyim müdafiə kimi qəbul edilə bilər. Guya mən özümü, Xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir.
- Məhkum Lamiyə Quliyeva olayında demək olar ki, hər gün yeni faktlar ortaya çıxır. Hamı sizin bu barədə açıqlama verməyinizi gözləyirdi. Sizcə, Lamiyə Quliyeva məsələsinin pərdəarxasında hansı məsələlər durur?
- Hər şey aydınlaşacaq. Bizim Xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir.
- Lamiyə Quliyeva uşağının atasının da məhkum olduğunu bildirib. Həmin şəxs isə bu iddiaları təkzib edərək Lamiyə ilə şəxsi yaxınlığının olmadığını bəyan edib. Bu məsələ araşdırılacaqmı?
- Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki, qaldı həmin şəxs bunu təkzib edərək, ayrı şeylər deyir. Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq.
- Mədət müəllim, bu məsələyə görə mətbuatda sizi də tənqid edirlər. Qeyd edilir ki, uşağın atası müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti siz daşıyırsınız.
- Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır.
- Nə üçün sizin haqqınızda bu səpkili məlumatlar yayılır? Kimlərdir sizinlə bağlı qara piar kampaniyası aparan?
- Mənə qarşı olan qara kampaniya kimlərinsə tərəfindən formalaşdırılır. Bunlar heç kimin qanını qaralatmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual