
Uşaqların gözü qarşısında "qurban kəsmək" doğrudurmu?- Türk psixiatr izah verir
14:22 31.08.2017
Arxiv
721
Qurban bayramı zamanı uşaqların qurbanlıq kəsməyə şahidlik etməsi nə qədər doğru, nə qədər sağlam və nələrə səbəb ola bilər, heç düşündünüzmü?
Psixiatr Prof. Dr. Nevzat Tarhanın şərhinə diqqət kəsilək.
Uşaqlarımızı sonradan kabuslarına çevriləcək bir ssenarinin içində buraxmayaq!
7 yaşına qədər olan uşaqlara qurbanlıq kəsimi göstərilməməlidir. Uşaq izləmək istəyirsə də mütləq bayramın ibadət və mənəvi tərəfi izah edilməlidir.
Bayramlar qonşu və qohum əlaqələrinin gücləndiyi, birə- bir yaxşılıq etmə dövrüdür."…
Ənənələrimizə, adətlərimizə, və inanclarımıza ziyan vermədiyi müddətcə başımızın üzərində yeri var.
Ancaq sırf ənənə deyə bunu normallaşdırırıqsa və birinə bu ənənəni diktə ediriksə orada demək bir problem var.

Uşaqlar - xəyal gücləri bizdən çox fərqli işləyən kiçik insanlardır. Onların xüsusilə müəyyən bir yaşa qədər xəyal ilə gerçək arasındakı incə xəttdə həssaslıqlarının olduğunu unutmamalıyıq.
"Oğulum artıq böyük adam oldu, qızım artıq ənənə və adətləri öyrənsin" deyə olduqca təmiz və saf duyğularla cəhd etdiyimiz bəzi şeylər onlarda illər boyu sağalması çətin xatirələrə işıq tuta bilər.
Əvvəlcə qurbanlıq kəsimi zamanı orada iştirak etmək istəməyən bir uşaq əsla məcbur edilməməlidir. Hələ uşağın əlinə məcbur ət bıçağı tutdurub "Sən et demək" olacaq iş deyil.
Gərək unutmayaq, çox əhəmiyyətli bir detal daha var.
Qurbanlıq heyvan kəsilməzdən bir və ya iki gün əvvəl alınır və ümumiyyətlə uşaqlarımız bu qurbanları bir neçə gün içində qidalandırır, bəsləyir. Yəni bir növ ona baxır.
Bir-iki gün olsa belə bəslədiyi və bağ qurduğu bir canlının gözləri qarşısında kəsilməsi ona necə təsir edəcək, heç düşündünüzmü?
Psixiatr Prof. Dr. Nevzat Tarhan, uşağın romantik bağ qurduğu qurbanın ona məlumat verilmədən, birdən kəsilməsi halında mənfi nəticələr yaşandığına diqqət çəkərək belə deyib:
"Qurbanlıq əvvəldən gəlir, uşaq qurbanlıq heyvanla oynayır, uşaq qurbanlıqla arasında romantik bir bağ qurulur. Qurbanlığı yıxıb kəsmək ciddi qorxuya səbəb olur. Sırf bu səbəblə ət yeməyən uşaqlar var. Uşağı heç məlumatlandırmadan, gözlərinin qarşısında heyvanı yıxıb kəssəniz mənfi nəticələr doğura bilər".
"Belə gəlmiş, belə gedir, biz də uşaqkən bu tip şeylərə şahidlik etdik, bax manyak olmadıq" deyərək uşaqlarımızı istəmədikləri bir hekayənin ortasında buraxmaq yaxşı hal deyil.
Sevginin, barışın, dincliyin və sağlamlığın yaşandığı kefli bir bayram olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual