
Uşaqlarınıza yazığınız gəlsin! - İfrat sərbəstlik verilən yeniyetmələr cinayətə meyilli olur
10:19 23.03.2019
Arxiv
687
Sosioloq: "Bəzən valideyn öz oğluna hədsiz sərbəstlik verir və bununla da fəxr edir"
Azərbaycanda son statistik göstəricilərə görə, məhkum olunmuş 14-17 yaşlı uşaqların sayında, eləcə də onların arasında azadlıqdan məhrum edilmə yolu ilə cəzalandırılanların sayında artım var. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2017-ci ildə 14-17 yaşında 323 nəfər məhkum olunub. Onlar arasında 111 nəfərinə azadlıdan məhrum edilməklə cəza tətbiq olunub. Qalan 16 nəfər islah işləri, 2-si ictimai işlər, 98 nəfəri cərimə, 96 nəfəri isə şərti məhkumetmə cəzası ilə cəzalandırılıb.
Bu hal ötən illərlə müqayisədə azadlıqdan məhrumetmə yolu ilə cəzalandırılan 14-17 yaşlı məhkumların sayında artımın olduğunu göstərir. Belə ki, 2010-cu ildə məhkum edilən 238 nəfərdən 46-sı, 2016-cı ildə isə 261 nəfərdən 79-u azadlıqdan məhrum edilərək cəzalandırılıb.
Yeniyetmələr arasında cinayət hallarının artması səbəblərindən danışan sosioloq Cavid İmamoğlu "Sherg.az”a bildirib ki, yeniyetməlik özünəməxsusluğu ilə seçilən dövrdür. Onun sözlərinə görə, yeniyetməlik dövründə gənclər ailəsi, təhsil aldığı idarə, yaxud da dostları ilə münasibətdə problem yaşaya bilir.
Sosioloq qeyd edib ki, statistikaya baxsaq görərik ki, məhkum edilən yeniyetmələrin əksəriyyəti oğlanlardır:

"Qızlar arasında bu hal demək olar ki, müşahidə olunmur və yaxud da sayları azdır. Hesab edirəm ki, oğlanlara ailədə və cəmiyyətdə verilən sərbəstlikdən irəli gələn haldır. Sərbəstlik nəticəsində yeniyetmə oğlanlar ciddi səhvlərə yol verir və məhkum olunurlar. Bəzən valideyn öz oğluna hədsiz sərbəstlik verir və bununla da fəxr edir. Əslində bu, heç də alqışlanası hal deyil. Ana-ata övladı ilə bacarmayanda, onun istədiklərini etməyə məcbur olur. Valideyn var ki, gənc yaşlarında uşaqlarına maşın, bahalı mobil telefonlar alırlar. Bunu etməklə, valideyn istəyir ki, uşaq onu narahat etməsin. Belə uşaqlar da cinayətə meylli böyüyürlər. Nəticədə onların hansısa istəyi yerinə yetirməyəndə, cinayətə təşəbbüs göstərirlər”.
Sosioloq vurğulayıb ki, yeniyetməlik yaş dövrü Azərbaycanda dərindən araşdırılmayıb:
"Məktəblərdə psixoloqlar yeniyetmələrlə lazımi qədər iş aparmırlar. Həmçinin, valideynlər öz övladlarına dəstək olmalıdırlar. Bu yaşda gənclər zərərli vərdişlərə, narkotikə meylli olurlar. Ona görə də, bu yaş arası yeniyetmələrin tərbiyəsi zamanı diqqətli olmaq lazımdır”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm