“Bir nömrəli qayda 7-8 saatdan az olmayan rahat yuxudur. İkinci qayda - həftədə ən azı 2 dəfə idmanla məşğul olmaq. Üçüncü qayda - qənddən imtina”
Uzun və sağlam ömür yaşamaq çətin deyilmiş
21:06 06.02.2018
Arxiv
943
Sergey Faqenin paylaşımı rus alimlərini də hərəkətə gətirib
“Bir nömrəli qayda 7-8 saatdan az olmayan rahat yuxudur. İkinci qayda - həftədə ən azı 2 dəfə idmanla məşğul olmaq. Üçüncü qayda - qənddən imtina”
“Bir nömrəli qayda 7-8 saatdan az olmayan rahat yuxudur. İkinci qayda - həftədə ən azı 2 dəfə idmanla məşğul olmaq. Üçüncü qayda - qənddən imtina”
Sosial şəbəkədə "Ostrovok” (adacıq - red.) turizm şirkəti ilə tanınan Sergey Faqe ömrünü uzadacaq dərmana 200 min ABŞ dolları vəsait sərf etdiyini yazıb. İstifadəçinin bu paylaşımı Rusiyada sağlam həyat və uzunömürlük müzakirələrinin daha da genişlənməsinə səbəb olub. Sergey Faqenin istifadə etdiyi dərmanı əldə etmək istəyənlərlə yanaşı, inamsızlıq göstərən və bütün bunların ucuz şou olduğunu düşünənlər də az deyil.
Əsas isə odur ki, S.Faqenin paylaşımı rus alimlərini də hərəkətə gətirib. Onlar uzun ömürlüyə nail olmağın ən sadə yollarını göstərməyə başlayıblar. Demə, uzun və sağlam ömür yaşamaq heç də çətin deyilmiş. Sadəcə, qaydalara ciddi riayət etmək və sağlamlığa məsuliyyətli yanaşma gərəkdir. Dünyada sağlamlıq və uzunömürlüyə görə ilk üçlüyü Yaponiya, İsveçrə və Almaniya paylaşır. Söhbət heç də bu ölkələrdə səhiyyə sahəsinə böyük miqdarda vəsait sərfindən getmir. Sadəcə, bu ölkələrdə insanlar öz sağlamlıqlarına daha məsuliyyətli yanaşır və tibbi profilaktika sahəsinə yönəlik dövlət proqramları mövcuddur. Müqayisə üçün deyək; bir yapon ildə 15 dəfə həkimə gedir. 40 yaşa çatdıqda xərçəng və başqa mümkün xəstəliklərə tutulma riskinə qarşı məcburi və pulsuz tibbi müayinədən keçir. Almaniyada xüsusilə qadınlar 30 yaşdan sonra döş xərçəngi riskinə qarşı mütəmadi müayinələrdən keçir. Almaniya əhalisi xərçəng xəstəliyini təqib etməyə meyillidirlər.
İsveçrədə isə tibbi sığorta 99,5 faizi əhatə edir. İsveçrəlilər hədsiz məsuliyyətlidir və həkimin təyinatına dəqiqliklə, intizamlı bir şəkildə əməl edirlər.
Bir çox insan yalnız 50 yaşa çatdıqda qocalıq haqqında düşünməyə başlayır, hətta bunu özünə dərd edir və elə bir möcüzəli dərman axtarır ki, onu 20 il cavanlaşdırsın. Amma bu, mümkünsüzdür. Belə dərman heç vaxt olmayıb və olması da mümkün görünmür. Sağlamlığın qayğısına 50 yaşdan sonra yox, 50 yaşadək qalmaq lazımdır.
Alimlər bildirir ki, 30 yaşına çatan hər bir insan artıq sağlamlığının qayğısına qalmalıdır. İnsan orqanizmi 30 yaşadək inkişaf dövrü keçir. 30 yaşdan sonra isə inkişaf dayanır və deməli, artıq geriləmə - qocalma prosesi başlayır. Uzun və sağlam ömür yaşamaq istəyirsinizsə, qaydalara ciddi əməl edəcəksiniz. Bir nömrəli qayda 7-8 saatdan az olmayan rahat yuxudur. İkinci qayda - həftədə ən azı 2 dəfə idmanla məşğul olmaq. Üçüncü qayda - qənddən imtina. Bu imtinanı əksəriyyət dəhşətlə qarşılayır, qəndsiz həyatlarını təsəvvür belə etmirlər. Halbuki çətinlik yalnız 1 aya davam edir. 1 aydan sonra insan qəndsiz yaşamağa, qəndsiz keçinməyə öyrəşir və artıq orqanizmində müsbət dəyişikliklər hiss etməyə başlayır. Dördüncü qayda - karbohidrat qəbulunu tənzimləmək. Kartof və un məmulatları kimi yüksək kalori daşıyan qidalardan uzaq durmaq. Beşinci qayda - minerallar və vitaminlərin müayinəsi. Mütləq bilməlisiniz ki, sizdə hansı minerallar və vitamin çatışmazlığı var. Mineral və vitaminlər orqanizmin deposudur. Depoda qıtlıq yaranırsa, deməli, orqanizm zəifləyir. Əsas çatışmazlıq adətən vitamin D və Omeqa 3-dür. Onların yerini mütləq doldurmaq lazımdır.
Sağlam və uzun ömrün bir sirri də psixikanın qaydasında olmasıdır. Əgər stress sizi yorursa, sağlamlıq haqqında danışmağa dəyməz. Stressi mütləq azaltmalısınız.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm