Vaşinqton Bakı ilə münasibətlərini gərginləşdirmək marağında deyil
20:35 18.02.2015
Arxiv
714
ABŞ-ın yüksək çinli məmurunun mesajları xoş niyyətlidir
Şuşada saxlanılan kəlbəcərli girovlar qaytarılmalıdırlar. Bunu Bakıda təşkil edilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib. ABŞ dövlət katibinin köməkçisi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini Ermənistanda da qaldıracağını bəyan edib.
Nəticəsinin necə olmasından asılı olmayaraq, Nulandın təşəbbüsü Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Əksəriyyət hesab edib ki, super dövlətin yüksək rəsmisinin Ermənistanın əleyhinə mövqe tutması ölkəmiz, xüsusən girovlarımızın azad edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da ABŞ dövlət katibinin kifayət qədər mötəbər bir heyətlə Azərbaycana səfərini çox yüksək qiymətləndirib. Deputatın sözlərinə görə, bu səfər təkcə Azərbaycanla bağlı deyil: "Nulandın səfəri və açıqlamaları Qafqazda ABŞ siyasətinin və maraqlarının ciddi xarakter daşıdığının göstəricisidir. Onun kəlbəcərli girovların azad edilməsi ilə bağlı açıqlaması da xoş niyyətin əlamətidir. Nəhayət ki, ABŞ uzun zamandan sonra qanunsuz girov götürülən azərbaycanlılarla bağlı məsələni gündəliyə gətirməyə qərar verib. Özü də yetərincə yüksək çinli rəsminin dilindən. Ümid edirik ki, girovların azad edilməsində bu çağırışın da mühüm rolu və təsiri olacaq”.
Mətbuatda ABŞ-Azərbaycan münasibətlərinin gərgin olması barədə fikirlərin yayıldığını deyən F.Ağamalı deyib ki, bu gün ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışan qüvvələr var: "Onlar ABŞ-da erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Lakin görünən budur ki, rəsmi Bakı və Vaşinqton arasında münasibətlər yüksək səviyyədədir. Hesab edirəm ki, bu münasibətlər strateji tərəfdaşlığın şərtlərinə uyğun olaraq daha da inkişaf edəcək”.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Nulandın Bakı səfərində verdiyi mesajlar iki ölkə arasında münasibətlərdəki gərginliyin ortadan qalxmasında dönüş nöqtəsi ola bilər. Xüsusilə, ABŞ Dövlət katibinin Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovun azad olunması üçün çalışacaqlarını deməsi çox önəmli açıqlamadır: "Görünür, ABŞ insan haqları və demokratiyanı ön plana çəkmək qərarı verib. Hər halda müsbət təşəbbüsdür. Baş verən proseslərə baxmayaraq, rəsmi Vaşinqton Azərbaycanla münasibətini gərginləşdirmək istəmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm