Tahir Kərimli: “Vəkillərimizin sayı hətta qonşu Gürcüstandan belə 4 dəfə aşağıdır və Avropa standartlarından geri qalır”
Vəkillərə bərabər hüquqlar verilməlidir
07:35 01.02.2018
Arxiv
806
O zaman bu peşənin arxasınca gedənlər daha çox olacaq
Tahir Kərimli: “Vəkillərimizin sayı hətta qonşu Gürcüstandan belə 4 dəfə aşağıdır və Avropa standartlarından geri qalır”
Tahir Kərimli: “Vəkillərimizin sayı hətta qonşu Gürcüstandan belə 4 dəfə aşağıdır və Avropa standartlarından geri qalır”
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov bildirib ki, Kollegiyaya üzvlük üçün 3 illik staj tələb olunur və bu, gənc hüquqşünasların narazılığına gətirib çıxarır. Qurum rəsmisinin sözlərinə görə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələbinə əsasən sənəd qəbulu bu cür müəyyən edilib.
Qanunun dəyişdirilməsinin məqsədəuyğun olduğunu deyən aparat rəhbəri ali təhsil müəssisəsini yenicə bitirmiş şəxslərin staj tələb edilməyən sahələrə üz tutduqlarını da diqqətə çatdırıb: "Nəticədə Vəkillər Kollegiyası hüquq sahəsinin "qaymaq”larını, savadlı gəncləri itirir. Ona görə, Vəkillər Kollegiyası olaraq istəyimiz, tələb olunan iş stajı müddətinin 1 ilə qədər endirilməsidir. Amma təəssüf ki, Vəkillər Kollegiyasının qanunvericilik təşəbbüsü hüququ yoxdur. Buna baxmayaraq, müvafiq orqanlar qarşısında məsələni qaldıra bilərik. Ümid edirik ki, yaxın vaxtlarda bu problem həll ediləcək”.
Həqiqətən bu gün təhsilini başa vuran gənclərin üzləşdiyi problemlərdən biri staj məsələsidir. Bəs, aparat rəhbərinin təklifi dəyərləndirilə bilərmi?
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, millət vəkili Tahir Kərimli "Şərq”ə açıqlamasında təklifi dəstəklədiyini deyib. Deputat bildirib ki, vəkillik və nümayəndəlik haqqında fikir bildirərkən qəbul balının aşağı salınması, yerlərin artırılması ilə bağlı təkliflər səsləndirib: "Vəkillərimizin sayı hətta qonşu Gürcüstandan belə 4 dəfə aşağıdır və Avropa standartlarından geri qalır. Təbii ki, ölkəmizdə vəkillik institutu inkişaf etdirilməli və komplektləşməlidir. Düzdü, qanunda olan çətinliklər müəyyən qədər maneə yaradır. Verilən təklifi dəyərləndirmək lazımdır. Çünki "Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edən zaman, sınaq müddətini azaltmışıq. Əvvəllər 2-3 il nəzərdə tutulan halları 1 ilə qədər endirmişik. Sınaq müddəti hədsiz çoxdur. Ona görə də vəkillik haqqında qanunvericilikdə də müddət azaldılmalı və insanlar tam həcmdə əmək münasibətlərinə girməlidir”.
T.Kərimlinin sözlərinə görə, stajın aşağı endirilməsi ilə bağlı təklifləri vəkillik xidməti təşkilatları versə, daha yaxşı olar: "Çünki onlar problemli məsələlərin həllini düzgün bilirlər. Müvafiq qanunvericilik təşəbbüsü olan orqanlar bunu irəli sürürlər. Stajların azalması ilə bağlı Ali Məhkəmə və baş prokurorluğun da qanunvericilik təşəbbüsü var. Onlar vasitəsi ilə təklif Milli Məclisə daxil ola bilər. Əgər stajların azalması ilə bağlı zərurət varsa, vəkillik orqanlarının özləri ciddi şəkildə məsələnin tez proseduralardan keçməsi üçün təşəbbüs göstərməlidirlər”.
Millət vəkili hazırda ölkəmizdə gənc və savadlı kadrların olduğunu da diqqətə çatdırdı: "90-cı illərdə deputat olduğum zaman qanunvericilik bir az başqa idi. O zaman mülki qanunvericiliyə dəyişikliklərlə yanaşı, məhkəmə və hakimin statusu haqqında qanun var idi. Çox çalışırdım ki, vəkilliyin müdafiə tərəfi ilə intellektual tərəfi bərabər səviyyədə olsun. Vəkillik xidmətini stimullaşdırmaqdan ötrü ilk öncə Hindistan, İngiltərədəki kimi olmasa da, beynəlxalq standartlara uyğun olaraq vəkillərə bərabər hüquqlar verilməlidir. O zaman vəkilliyin arxasınca gedənlər daha çox olacaq. Hesab edirəm ki, kifayət qədər savadlı və gənc hüquqşünaslarımız var. Onlar bu istiqamətdə çalışacaqlar ki, vəkillik xidmətində inzibati orqanlardan daha çox rolları olsun. Çünki həm maddi, həm də hüquqi cəhətdən daha çox təmin olunmuş olacaqlar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm