“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq





Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan "WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki hərbi çevriliş hadisəsi ilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, "WikiLeaks” bunu özünün rəsmi "Twitter” səhifəsində bildirib.
"Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada "Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.