Xaçmazda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-1





Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Beləliklə, yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***

21:15

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.


Faktla bağlı araşdırma davam etdirilir.


***


20:23


Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.


Faktla bağlı araşdırmalar aparılır.