Xocalı soyqırımı mövzusu “Twitter”də birinci oldu
19:14 27.02.2015
Arxiv
804
"Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli dərəcədə təsir edib.
"AzərTac”ınverdiyi xəbərə görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. "Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.
Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər. Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.
Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar. Araşdırma nəticəsində müəyyən edilib ki, "Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm