Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xocalı parkında hazırlıq işlərinə başlanılıb
10:50 14.02.2019
Arxiv
939
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işlərinə başlanılıb.
Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Şöbə müdiri bildirib ki, tədbirlər planına əsasən abadlıq və yenidənqurma işləri aparılır:
"Xocalı soyqırımınına həsr olunan "Ana harayı” abidə kompleksi və kompleksin yerləşdiyi təqribən 1000 metrlik uzunluğu, 25 metr eni olan parkda bir sıra işlər görülür. Vaxtı ötmüş bitki və kollar çıxarılaraq əvəzinə 300 ədəd dekorativ ağac və kollar əkilib, lazımi yerlərə torpaq qatı tökülüb. Küçəboyu bəzi yerlərdə aqlay daşları dəyişdirilib, divarlara Xocalı soyqrımını əks etdirən fotobannerlər vurulur. Həmçinin işıqlandırma sisteminə baxış keçirilərək problemlər aradan qaldılıb".
P.İmanov qeyd edib ki, anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir: "Hazırlıq tədbirləri Yusif Səfərov, Afiyəddin Cəlilov və Nəcəfqulu Rəhimov küçələrində aparılır. Artıq məktəblilər və bir neçə idarə işçiləri abidəni ziyarət etməyə başlayıblar. Abadlıq və yenidənqurma işlərinin fevralın 23-24-də yekunlaşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı - Xocalı soyqırımınına həsr olunan "Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi