Yağışlı havalardan sonra sahilə qızıllar çıxır -Fotolar

Zinət axtaranlar sahillərə axın etdi
Antaliyanın Alaniya bölgəsində təsirli olan yağışlı havalardan sonra sahillər xəzinəçilərin axınına məruz qalır. Zinət axtaranlar, turistlərin duşürüb saldıqları qiymətli əşyaları tapmaq üçün çimərliklərdə dedektorla  axtarış apardılar.
Dünyanın məşhur mavi bayraqlı Kleopatra çimərliyi ilə Damlataş çimərliyi hər gün yerli və xarici minlərlə turisti qəbul edir. Tətilçilərin axınına məruz qalan çimərliklər, qışda da yerli qızıl axtaranların məkanına çevirilir. Hər yağışlı hava və fırtınadan sonra əllərində dedektorla sahilə gələnlər tətilçilərin üzərkən və ya günəş vannası qəbul edərkən itirdiyi qızıl və qiymətli əşyaları axtarırlar.
Sahil boyunca axtarış apardığını söyləyən bir nəfər, "Məqsədimiz sahilə zərər vermək deyil. Biz qumluğu qazmırıq. Yalnız dənizin sahilə vurduğu qiymətli əşyaları yığırıq. Boş vaxtlarımızı belə qiymətləndiririk və 5 gün içində 2 min TL dəyərində zinət əşyası tapdım. Nə qədər çox zinət əşyası tapsaq, bir o qədər həvəs verir və xəstəlik halına gəlir" deyə bildirir.