“Yalan və bəhanələrinin həddi yoxdur”
19:32 18.02.2015
Arxiv
614
Hikmət Hacıyev: “Ermənistan böyük sülh sazişi üzərində işə başlamaqdan yayınmağa çalışır”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəsi.
- ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri və Böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın perspektivlərini necə şərh edərdiniz?
- Xoş niyyətlə aparıldığı təqdirdə, danışıqlar uğurla nəticələnə bilər. Azərbaycan tərəfindən danışıqlar prosesində konstruktiv və açıq münasibət nümayiş olunduğu halda, təəssüflər olsun ki, Ermənistan tərəfindən belə bir xoş niyyət müşahidə olunmur və siyasi möhtəkirlik xətti yürüdülür. Həmsədrlərin regiona son səfəri zamanı Azərbaycan tərəfindən bütün səviyyələrdə ciddi danışıqlara hazırlıq bir daha ifadə olundu və bu fakt həmsədrlərin özləri tərəfindən də etiraf olunur.
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Böyük sülh sazişinin layihəsi üzərində tez bir zamanda işə başlamağa dair çağırışın edilməsinə baxmayaraq, Ermənistan tərəfindən bu çağırışa adekvat cavab verilməyib. Danışıqlar prosesində dalana dirəndiyini görən Ermənistan məqsədyönlü şəkildə təxribata və bəhanələrə üz tutub. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik, xüsusilə məhz prezidentlərin Paris görüşündən sonra işğal olunmuş ərazilərdə genişmiqyaslı təlimlərin keçirilməsi Ermənistanın təxribat planlarının ayrılmaz tərkib hissələridir ki, burada da məqsəd Böyük sülh sazişindən diqqəti yayındırmaqdır.
Siyasi baxımdan isə Ermənistan bəhanələrlə, yəni törəmə və simptomatik məsələləri gündəmə gətirməklə əsas hədəfdən - Böyük sülh sazişi üzərində işə başlamaqdan yayınmağa çalışır. Baxın, Azərbaycan Böyük sülh sazişi üzərində işləməyə hazırlığını ifadə etdiyi halda, Ermənistan prinsiplər məsələsini bəhanə gətirdi. Guya ki, prinsiplər razılaşdırılmalıdır, ondan sonra Sülh sazişi üzərində işə başlanılmalıdır. Görəsən Ermənistan indi hansı prinsiplərdən danışır? Bəs, bundan əvvəl Ermənistan bütün səviyyələrdə yenilənmiş Madrid prinsiplərini dəstəklədiyini bildirirdi? Böyük sülh sazişi kimi ciddi prosesin baş tutmaması və münaqişənin həll edilməməsi üçün Ermənistanın yalan və bəhanələrinin həddi yoxdur. Təsadüfi deyil ki, 6 fevral 2015-ci il tarixində Münhendə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan xarici işlər naziri ilə görüşündən sonra həmsədrlərin bəyanatında Böyük sülh sazişi üzərində tez bir zamanda işə başlamaq üçün məhz Ermənistana ünvanlanmış israrlı çağırış var.
Bu bəhanələrdən məhrum olan Ermənistan indi tamamilə əsasız yeni bəhanəyə əl atmışdır. Ermənistan xarici işlər naziri dünən ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşdə qondarma rejimin danışıqlarda iştirakı kimi cəfəng fikirlə çıxış etmişdir. İndiyə qədər heç vaxt danışıqların hər hansı bir mərhələsində qondarma rejim iştirak etməyib.
Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsi barəsində Azərbaycanın irəli sürdüyü təklifə də Ermənistan tərəfindən konstruktiv münasibət göstərilmir. Dialoq və etimad quruculuğunun vacibliyindən danışarkən həmsədrlər Azərbaycanın bu barədə ciddi təkliflərini unutmamalıdırlar. Ümumiyyətlə, ATƏT Minsk qrupunun bəyanatlarında işğalçı və təcavüzkarın kim olduğu və danışıqlar prosesinə kimin xələl gətirdiyi açıq şəkildə ifadə olunmalıdır. Siyasi möhtəkirlik taktikasından əl çəkməsi üçün Ermənistana münasibətdə məcburedici addımlar, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm