Yasamal ATS-də sükutdur...
07:49 07.02.2018
Arxiv
2357
Müştərilərin telefon zənglərinə cavab verən yoxdur
Son günlər ölkəmizdə ATS-lərin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var. Redaksiyamıza təkcə dünən Yasamal ATS-i ilə bağlı iki şikayət daxil oldu. Vətəndaşlar müştəri xidmətləri üçün nəzərdə tutulmuş "qaynar xət”lərə cavab verilməməsindən şikayətçidir. Müştəriyə cavab verməyən nömrələri də dedilər: 433 42 99, 433 21 99. Nömrələr ya faksa qoşulur, ya da ümumiyyətlə cavab vermir. Narazılıq doğuran məqamlardan biri də telefon və internet xidmətinin ödənişləri ilə bağlıdır.
İstifadəçilər iddia edir ki, internet xidməti və aylıq telefon haqqı üçün nəzərdə tutulan məbləğin son ödəniş tarixi əgər ayın 5-dirsə, elə həmin gün də xidmətdən istifadə məhdudlaşır. İstifadəçilərə 1-2 gün müddətində güzəştlərdən söhbət gedə bilməz. Halbuki, hamımıza məlumdur ki, insanların maaşı 4-5 gün gecikə bilir. Ən əsası budur ki, aylıq xidmət haqqı ödənildikdən sonra nə telefonlar açılır, nə də ki internet xidməti bərpa olunur. İstifadəçilər xidmətin bərpası üçün azı 12 saat gözləməli olurlar. Nəzərdə tutulan əlaqə nömrələrindən isə heç birinə düşmək mümkün deyil.
Məsələni aydınlaşdırmaq üçün ATS-in "qaynar xətt” nömrələri ilə əlaqə yaratmağa çalışsaq da, heç bir zəngə cavab verən olmadı. Bəs bu problem həllini necə tapmalıdır? Xidmət haqqını ödəyən istifadəçilər nə üçün telefon və internet xidmətinin bərpası üçün bir neçə gün gözləməli olurlar?
Mövcud problemlə bağlı "Şərq”ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz istifadəçilərin narazılıqları ilə bağlı iddiaların əsassız olmadığını deyib. Onun sözlərinə görə, "Bakı Telekom” MMC və "Aztelekom” MMC-nin qurduğu yeni bir sistem var. Bu da qabaqcadan ödəniş prinsipidir: "Yəni ayın 5-nə qədər ödəniş etmək lazımdır ki, həmin ayın xidmətini əldə etmək mümkün olsun. Bu, ilk baxışda bəzi adamlara sərf edir. Hansı ki, xidmətdən imtina etməliymiş və yadından çıxıb deyə imtina etməyib. Həmin istifadəçi ayın sonuna qədər gözləyir və xidmət gedir. Amma vətəndaş xidmətin ona lazım olmadığını bildirir. Buna görə də "Bakı Telekom” qabaqcadan ödəniş sistemini hazırladı. Sistem imkan verir ki, pul ödənilmədiyi halda xidmət istifadəçiyə verilməsin, bu, anlaşılandır. Eyni zamanda qabaqcadan ödəniş sistemi qurumlara daha operativ, çevik və effektiv maliyyə işlərini qurmağa imkan verir. Bu, avtomatladırılmış innovativ bir xidmətdir və yüz faiz müəssisənin öz maraqlarına xidmət edir.
Amma hər ay xidməti alandan sonra ödəniş edən istifadəçi üçün müəyyən problemlər yaranır. Vətəndaş bildirir ki, xidməti almamışam, nə üçün qabaqcadan ödəniş edim? Əgər istifadəçi ödəniş etmirsə və xətti bağlanırsa, bu, yolverilməzdir və yüz faiz qanunsuzdur”.
O.Gündüzün sözlərinə görə, internet xidmətini əldə etmək üçün gərək qabaqcadan ödəniş olunsun. Lakin telefon xidməti ilə bağlı belə şərtlər ola bilməz:
"Telekommunikasiya haqqında” qanuna görə, "Bakı Telekom” və "Aztelekom”un ixtiyarı çatmır ki, qabaqcadan ödəniş etməyən istifadəçinin xəttini kəssin. Bu, qanun pozuntusudur, vətəndaşlar onları dərhal məhkəməyə verə bilər.
Hesab edirəm ki, ödənişlər üçün istifadəçilərə xəbərdarlıq, tövsiyyə oluna bilər. Telefon xəttinin kəsilməsi ən son addım olmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm