Yeni icra başçıları xələflərinin adamı olan bələdiyyə sədrlərinin işini yoxlatdırır" - Cinayətlər üzə çıxır
12:18 07.02.2018
Arxiv
1029
Məhərrəm Zülfüqarlı: "Təcrübə göstərdi ki, icra hakimləri bələdiyyələrin müstəqil fəaliyyətinə ümumiyyətlə imkan vermədilər"
"Pozuntulara yol verən bələdiyyələri cinayət məsuliyyətinə cəlb etmək məsələnin çıxış yolu deyil”.
Bunu "Sherg.az”a Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı söyləyib.
O qeyd edib ki, bələdiyyələrin fəaliyyətindəki nöqsanların səbəbləri araşdırılmalı, aradan qaldırılmalıdır:
"Azərbaycanda bələdiyyələr yaradılarkən dövlətimiz Avropa Şurasına daxil olmalı idi. Bu məqsədlə öhdəlik götürmüşdü. Bələdiyyələr də bu məqsədlə təsis olundu. Bu zaman ciddi araşdırmalar aparılmadı ki, buna şərait var yoxsa, yox. İcra hakimiyyətləri və bələdiyyələr ayrı-ayrı strukturlar olmalı, səlahiyyətləri qanunla bölünməli, bir-birinin işinə qarışmamalı idilər. Təcrübə göstərdi ki, icra hakimləri bələdiyyələrin müstəqil fəaliyyətinə ümumiyyətlə imkan vermədilər.
Qanunvericilikdə eyni səlahiyyətlərin hər iki struktura aid edilməsi belə hallara gətirib çıxardı. Sonradan icra başçısı təyin olunan şəxslər bələdiyyə postuna öz adamlarını oturtdular. Yeni icra başçıları gəldikdə isə əvvəlki başçıların adamı olan bələdiyyələrin işini yoxlatmağa başlayır. Burada cinayət tərkibi görəndə aidiyyəti orqanlara müraciət edirlər.
Bu kimi halların qarşısını almaq üçün səlahiyyətlər bölünməlidir. İcra hakimiyyətləri bələdiyyələrin işinə qarışmamalıdır. Onlara səlahiyyətlər verilməli, maliyyə imkanları yaradılmalıdır. Yalnız bu halda bələdiyyələrdən müsbət fəaliyyət görmək olar. İndiki halda problemlər həll olunmayıbsa, vəziyyət davam edəcək. Nəticədə yerlərdə problemlər həll olunmur”.
Qeyd edək ki, ötən il vətəndaşların müraciətinə əsasən, başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər, o cümlədən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qanunsuz əməllər aşkarlanıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm