
Yeni səfirin üstünlük verəcəyi İKİ İSTİQAMƏT...
08:01 13.03.2019
Arxiv
573
Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının yeni səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul etdi. Ölkə başçısı qəbulda əməkdaşlıqla bağlı maraqlı fikirlər söylədi. Birincisi, Azərbaycan Prezidenti qeyd etdi ki,Örl Litzenberqerin səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əmindir.
İkincisi, həm İlham Əliyev, həm də Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə etdilər.
"Sherg.az" xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlunun rəhbərlik etdiyi "Atlas” Araşdırmalar Mərkəzinin məsələ ilə bağlı təhlilində bildirilir.
Məqalədə qeyd olunur ki, ABŞ Azərbaycanla əsas 4 istiqamətdə əməkdaşlıq edir: İqtisadiyyat, enerji, təhlükəsizlik və demokratik institutların inkişafı. Son illər Vaşinqton Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verir:

"Məsələn, elə prezidentlə görüşdə səfir xüsusi olaraq vurğuladı ki, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti yüksək qiymətləndirir.
Azərbaycanın ABŞ-a Əfqanıstanda verdiyi dəstək Vaşinqton üçün önəmlidir. Vaşinqton Əfqanıstanda terrorla mübarizə aparır və müttəfiqlər içərisində müsəlman dövlətləri də görmək istəyir. Azərbaycan azsaylı müsəlman ölkələrdəndir ki, Əfqanıstanda ABŞ-ın yanında yer alıb.
ABŞ Azərbaycan qazının Avropaya nəqlində də vacib rol oynayır. ABŞ faktiki bu məsələdə Azərbaycana lobbiçilik edir. ABŞ Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq istəyir. Azərbaycan qazı Avropa üçün önəmli alternativlərdən biridir. Buna görə də Vaşinqton Avropanı Azərbaycan qazını almağa təşviq edir. Bu Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Təsadüfi deyil ki, prezident İlham Əliyev açıqlamalarında bir neçə dəfə ABŞ-a xüsusi minnətdarlığını bildirib ki, Vaşinqton 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə siyasi dəstək verdi. İlham Əliyev bunu ona görə hər dəfə xatırlayır ki, bu boru xəttinin və Azərbaycan nefitinin dünya bazarlarına Türkiyə üzərindən nəqlinə mane olmaq istəyən xarici güclər var idi və Vaşinqton həmin xarici güclərlə mübarizədə Azərbaycana dəstək verib. Vaşinqton 1994-cü ildə Bakıda "neft kontraktının” imzalanmasına da dəstək verdi. Halbuki, Moskva bu kontraktın imzalanmasının əleyhinə idi.
ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıqda yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk Qrupunun 3 həmsədrindən biri olmasına baxmayaraq son 19 ildir ki, münaqişənin həlli üçün səy göstərmir. Rusiya əsas vasitəçiyə çevrilib. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Moskva münaqişənin ədalətli həllində maraqlı deyil. Azərbaycan ABŞ-ın münaqişənin həllindəki səylərini artırmasını istəyir. Yeni səfir əlbəttə ki, Qarabağ mövzusunda müxtəlif açıqlamalar verəcək, ancaq münaqişənin həlli prosesi səfirdən və onun fəallığından asılı deyil. Münaqişənin həlli prosesində Dövlət Departamenti fəal rol oynamalıdır.
Örl Litzenberqer Azərbaycana təyinatına qədər Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışıb. Bu o deməkdir ki, yeni səfir təhlükəsizlik məsələlərində ixtisaslaşıb. Vaşinqtona Azərbaycanda məhz belə səfir lazımdır.
Beləliklə, yeni səfir Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik əməkdaşlığına üstünlük verəcək. Çünki özü bu sahənin bilicisidir, digər tərəfdən Vaşinqton da Azərbaycanla əməkdaşlıqda qeyd edildiyi kimi iki sahəyə üstünlük verir. Bu Azərbaycanın da maraqlarına uyğundur".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz