Yevlaxda ana və oğlu qəzada öldü





Daxili İşlər Nazirliyi Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidməti xəbər verir ki, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi "MTZ-80” markalı taraktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüblər.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.