Yevlaxda dəhşətli qəza: 4 ölü - YENİLƏNİB




Yevlaxda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Qazax-Gürcüstan yolunun 304-cü kilometrliyində - Yevlax rayonun Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayon sakini, 1953-cü il təvəllüdlü Vilayət Hidayət oğlu Qədirovun idarə etdiyi 10-MD-044 dövlət nömrə nişanlı, "Toyota” markalı avtomobillə, Şəki rayon sakini, 1956-cı il təvəllüdlü Nüsrət Əyyub oğlu Səmədovun idarə etdiyi yük avtomobili toqquşub.
Nəticədə "Toyota”nın sürücüsü və sərnişinləri - Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Sevil Məhəmməd qızı Qədirova, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Zahirə Hidayət qızı Rəşidova və Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Şahin Ağa oğlu Ağayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
*****
15:22
Yevlaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yevlax rayonu ərazisində yük maşını ilə "Toyota” markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, minik avtomobilində olan sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edibr. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.