"Zatulinin fikirləri Rusiyanın dövlət siyasətinə ziddir" - Şərh





"Rusiya-Azərbayacan əməkadaşlığının strateji inkişafı fonunda Ermənistanın Moskva ilə əlaqələri zəifləyir”

Bunu "Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Moksva-Bakı yaxınlaşmasından narahat olan qüvvələr Rusiyada ölkəmiz əleyhinə fəaliyyətə keçiblər: 

"Sirr deyil ki, Rusiyada erməni lobbisi hakimiyyətin müəyyən strukturlarında bəzi şəxsləri ələ alır və bunlar vasitəsi ilə ölkəmiz əleyhinə bəyanatlar səsləndirirlər. Qeyd edim ki, Soçi görüşündə ölkələr arasında iqtisadi və siyasi spektirları əhatə edən sənədlərin imzalanması Rusiya ilə ölkəmizin iqtisadi əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. 


Bundan əlavə, Rusiya ölkəmizə 5 milyard dollar investisiya cəlb edəcək. Əlaqələrin inkişafından narahat olan Rusiyanın müəyyən dairələrində erməni lobbisinin təlimatı ilə hərəkət edənlər, xüsusən Zatulinin fikirləri Rusiyanın dövlət siyasətinə ziddir. Zatulin ermənilərin maraqlarını müdafiə edən, onların maliyyəsi hesabına öz ölkəsinin siyasətinə qarşı çıxan şəxsdir. Bu insan üçün dövlət və dövlətçilik ikinci dərəcəli məsələlərdir. Reallıq odur ki, Rusiya rəsmi şəkildə ölkəmizlə əlaqələrə önəm verir”.

İsmayıl