Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti tənzimləmək, qaldırmaq
Zərərlidir, amma...
09:56 20.11.2018
Arxiv
760
Enerji içkisinin qiymətini qaldırmaq çıxış yolu deyil
Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti tənzimləmək, qaldırmaq
Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti tənzimləmək, qaldırmaq
Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür.
İnsan orqanizmi üçün zərərli olan bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.
Deputatların fikrincə, cəmiyyət üçün artıq bir bəlaya çevrilən enerji içkiləri ilə mübarizə aparmaq üçün aksiz vergisinin tətbiq olunmasına nail olmalıyıq. Əgər belə bir şey baş verərsə, energetik içkilərin qiymətləri süni şəkildə bahalaşacaq və bu içkilər əsas istehlakçı kütləsi olan gənclər üçün əlçatmaz olacaq.
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deputatların enerji içkiləri, tütün məmulatları və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı təkliflərinə cavab olaraq deyib ki, əksər enerji içkiləri 1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır.
Enerji içkilərinə "Aksiz vergisi”nin tətbiqi vəziyyətdən çıxış yoludurmu?
Sözügedən təklifin əleyhinə olan bəzi ekspertlər hesab edir ki, energetik içkilərə aksiz vergisini tətbiq etməklə qiymətinin bahalaşdırılması və nəticə etibarı ilə bu bazarı çökdürərək milli sahibkarlığa zərbə vurulması heç də vəziyyətdən çıxış yolu deyil. Bizim fikrimizcə, bu içkilərin istifadəsi zamanı istehlakçılar tərəfindən digər içkilərdə olduğu kimi, mövcud normalara riayət edilərək istifadə edilməsi daha düzgündür. Bu sahədə, xüsusən də gənclər arasında maarifləndirmə işlərinin aparılması ən məqsədə uyğun yol olaraq görünür.
İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, enerji içkilərinə aksiz vergisinin tətbiqi ilə qiymətin bahalaşdırılması vəziyyətdən çıxış yolu deyil:
"Dünyanın qabaqcıl ölkələrində belə alkoqolsuz enerji içkilərinə aksiz vergisi tətbiq olunmur. Gördüyümüz qədərilə, bazarda enerji içkilərinə kifayət qədər tələbat var. Onlardan onsuz da əlavə dəyər vergisi alınır. Aksiz vergisinin əmtəələr üzrə tətbiqi fərqlidir. Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti bu şəkildə tənzimləmək. Konkret məhsulun adını çəkərək haqqında antireklam aparılması qanunverciliklə qadağandır. Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində zərərli maddə aşkarlamayıbsa və satışa çıxarılmasına icazə veribsə, o deməkdir ki, həmin məhsullar istifadə oluna bilər. Satış qeyri-qanuni deyil və məhdudlaşdırıla bilməz. Onsuz da istənilən qidanın tərkibində müəyyən problemlər var. Siqaret qutularının da üzərinə sağlamlıq üçün zərərlidir yazılır, ancaq satışına icazə verilir. Siqaretlə paralel götürsək, satışın qarşısı alına bilməz”.
"Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazov da energetik içkilərin insan orqanizmi üçün ziyanlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu cür içkilərin dozadan artıq istifadəsi qaraciyərdə ciddi fəsadlar yaradır: "Sutka ərzində ikidən artıq enerji içkisi istifadə etmək olmaz. Bu içkilər insan orqanizmində metabalizmi həddindən artıq gücləndirir. Həmçinin də onun tərkibində orqanizmi oyadan vasitələrdən ibarətdir. Bu içkilərin nə dərəcədə qəfil ölümlərə səbəb olduğunu bilmirəm, amma bir mütəxəssis kimi bu içkilərin qaraciyərə çox mənfi təsirləri olduğunu deyə bilərəm:
"Nəzəri olunaraq, qəfil ölüm də mümkündür. Enerji içkiləri ürəkdə qan-damar sisteminə təsir edir. Bu baxımdan istisna deyil”.
Praktikasından nümunə gətirən həkim deyib ki, universitetə qəbul olan bir tələbə bu uğurunu qeyd etmək üçün xarici ölkələrdən birinə səfər edib və bir gecə ərzində 6-7 enerji içkisini birdən qəbul edərək zəhərlənib:
"Toksiki hepatit səbəbi ilə rəngi saralıb, ölkəyə qayıtmışdı. 20 günlük müalicədən sonra qaraciyər öz fəaliyyətini tam bərpa elədi. Bir həkim olaraq bu cür içkilərin qəbulunu tövsiyə eləmirəm. İki dənəsindən artıq içmək isə qəbulolunmazdır, istehsalçı belə icazə vermir. Amma bizim gənclərin əksəriyyəti energetik içkiləri spirtli içkiyə qarışdırır, üstündən də "Cola” içirlər. 3 zəhər bir yerdə olanda da, sözsüz ki, ölümə rəvac verəcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual