Azər Həsrət: “Biz hər zaman “Hizbullah”dan, İrandan və eyni zamanda onlarla açıq işbirliyi içində olan erməni terror təşkilatlarından təhlükə gözləmişik”
Ziya Bünyadovun qətlində şok faktlar açıqlanıb
07:40 01.02.2018
Arxiv
7426
İlqar Altay: “Ziya Bünyadov itkisi ilə Azərbaycan xarici həmlələr qarşısında xeyli dərəcədə sipərsiz qaldı”
Azər Həsrət: “Biz hər zaman “Hizbullah”dan, İrandan və eyni zamanda onlarla açıq işbirliyi içində olan erməni terror təşkilatlarından təhlükə gözləmişik”
Azər Həsrət: “Biz hər zaman “Hizbullah”dan, İrandan və eyni zamanda onlarla açıq işbirliyi içində olan erməni terror təşkilatlarından təhlükə gözləmişik”
Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, Abşeronun sabiq icra başçısı Adil Nağıyev qətl hadisəsi ilə bağlı "Yeni Müsavat”a maraqlı açıqlamalar verib. A.Nağıyev deyib ki, mərhum alim Ziya Bünyadovun həyat yoldaşı Tahirə xanıma hər şeyi, yəni bildiyi bütün həqiqətləri danışıb.
Həmişə oğlunun günahsız olduğunu deyən keçmiş icra başçısı qətlin arxasında tamamilə başqa məqamların olduğunu etiraf edib: "Artıq xəstəyəm, bu gün-sabah ölüb-gedəcəyəm, qoy bu iş örtülü qalmasın. O vaxt gizlicə Ziya Bünyadovun xanımına dedim ki, sənin ərini "Hizbullah” təşkilatı öldürüb. Onlar bu iş üçün "Nəsrullah”ı göndəriblər. Bildirdim ki, Ziya Bünyadovu "Alban tarixi” kitabını tərcümə etdiyinə görə aradan götürüblər. Burada məqsəd respublikada çaxnaşma yaratmaq, iqtidarı gözdən salmaq, konstitusiya quruluşuna zərbə vurmaq idi. Ziya Bünyadov çox hörmətli adam idi, Sovet İttifaqı Qəhrəmanı idi. Bununla yanaşı, ermənilərə, Azərbaycanı istəməyən adamlara qarşı kəskin mübarizə aparırdı”. Məlumdur ki, mərhum akademik Ziya Bünyadovun ölümü ilə bağlı bir çox iddialar gündəmə gəlib. Qətlin hansısa terror təşkilatları ilə yanaşı, ermənilər tərəfindən törədiləcəyi də istisna edilməyib. Ancaq alimin qətlində ilk dəfə olaraq "Hizbullah” təşkilatının adı hallanıb.
Nizami Nağıyevin açıqlamaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, Ziya Bünyadova qəsdin hansı səbəbdən və mənbədən törədildiyini öyrənmək üçün öncə bu şəxsin kim olduğuna diqqət yetirmək lazımdır. Ekspertin sözlərinə görə, Ziya Bünyadov öz ad-sanına, gördüyü işlərə, elmi potensialına və şəxsi keyfiyyətlərinə görə ölkə içindəki hansısa siyasi tərəf, ya qruplaşma səviyyəli adam olmayıb:
"Ziya Bünyadov beynəlxalq miqyaslı böyük insan olmaqla yanaşı, həm də Azərbaycanın adı, atributu, qüruru ola biləcək bir neçə tarixi şəxsiyyətlərdən biri olub. Onun varlığı Azərbaycanın gücü və qüdrəti sayılıb. Belə iriçaplı şəxsiyyətin düşmənini, qətlinin sifarişçisini ölkə daxilindəki qruplaşmalarda və ya radikal dini fanatlarda yox, Azərbaycanı Bünyadovsuz qoyub zəiflətmək istəyən xarici anti-Azərbaycan mənbələrdə axtarmaq lazımdır. Bu mənbələr ermənilər də ola bilər, İran kəşfiyyatı da, başqa xarici qüvvələr də. Zaman göstərdi ki, düşmənlər hədəfi düz seçiblər. Ziya Bünyadov itkisi ilə Azərbaycan xarici həmlələr qarşısında xeyli dərəcədə sipərsiz qaldı”.
Mövzu ilə bağlı "Şərq”ə danışan tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət də bildirib ki, illər sonra çox böyük bir alimin, vətənpərvər və cəsarətli kişi olan Ziya Bünyadovla bağlı həqiqətin yetərincə güvənli ağızdan səslənməsi diqqət çəkməyə bilməzdi:
"Şəxsən mənim diqqətimi hər kəsə bəlli olan "Hizbullah” versiyası çəkir. Uzun illərdir ki, biz Ziya Bünyadovu İran fanatiklərinin öldürdüyü haqda məlumatlıyıq. Amma təəssüf ki, bu qədər açıq şəkildə deyənlə rastlaşmamışdıq. Bu, böyük bir təhlükədir. Biz hər zaman "Hizbullah”dan, İrandan və eyni zamanda onlarla açıq işbirliyi içində olan erməni terror təşkilatlarından təhlükə gözləmişik. İndi bəlli olur ki, şübhə və qorxumuz əbəs deyilmiş. Ziya Bünyadov sözünü açıq deyən kişi idi. Onu həm İran, həm də Ermənistanın sevməməsi tam ağlabatan və sübut olunmuş faktdır. Əmin oldum ki, o böyük insanı "Hizbullah” öldürüb. Ona görə də Məşhədə dəmiryol marşrutu arzusunda olanlar yüz dəfə düşünməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm