6 uşaq yeni ailəsinə qovuşdu


Övladlığa verilən bütün uşaqların həyat şəraitinə nəzarət həyata keçirilib

Azərbaycan Uşaqlar Birliyindən indiyədək 6 uşaq övladlığa verilib.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. K.Ağazadə bildirib ki, övladlığa verilənlər onun qəyyumluğunda olan uşaqlar olub: "Uşaqların övladlığa verilməsi əsasən dövlət uşaq müəssisələrinin payına düşür. Amma bizim Birlikdə mənim qəyyumluğumda olan uşaqlardan da övladlığa verilənləri olub. İndiyədək mənim qəyumluğumda 40-dan çox uşaq olub. Onların çoxu 18 yaşı tamam olduğundan mənim qəyyumluğumdan çıxıb. Hazırda Birliyin sığınacağında olan uşaqlardan 10 nəfəri mənim qəyyumluğumdadır".

K.Ağazadə bildirib ki, övladlığa verilmə məsələsi rayon icra hakimiyyətlərinin nəzarəti altında məhkəmələrin qərarı ilə tənzimləndiyindən övladlığa verilən bütün uşaqların həyat şəraitinə nəzarət həyata keçirilib.