Digah sakinləri sentyabrda uşaqları məktəbə göndərməkdən imtina edəcək
22:58 14.07.2019
Cəmiyyət
299
Kənd sakinləri aidiyyatı qurumlardan səslərinə səs verməyi xahiş edir
Dünya təhsilinin inkişafın üst səviyyəsində olduğu bir dövrdə ölkəmizin bəzi regionlarında hələ də istifadəyə yararsız vəziyyətdə olan məktəblər var. Quba rayonunun Digah kənd məktəbi də belələrindəndir. Bir müddət əvvəl Sputnik Azərbaycan həmin məktəbdəki dözülməz şərait barədə məlumat vermişdi. Üstündən xeyli vaxt keçsə də, sözügedən məktəbin vəziyyətində heç bir dəyişiklik olmayıb.
Bu günlərdə Quba rayonunun Digah kənd sakinləri F.Həmzəyev adına kənd məktəbinin tamamilə yararsız vəziyyətdə olması ilə əlaqədar yenidən Sputnik Azərbaycan-a müraciət ediblər. Kənd sakini Adil Qurbanov yeni tədris ilində övladlarını məktəbə göndərməyəcəklərini bildirib. O qeyd edib ki, övladlarının təhsili onun üçün vacibdir. Amma onların sağlamlığı təhsildən də vacibdir.
"Məktəb o qədər yararsız haldadır ki, orada təhsil almaq şagirdlərin sağlamlığı üçün təhlükəlidir. Ona görə də, düşünürük ki, növbəti dərs ilində uşaqları məktəbə göndərməyək" - deyə Qurbanov bildirib.
Kəndin digər sakini Aqil Ağasıyev isə deyib ki, Digah Qubanın ən böyük kəndlərindən sayılır. 500-ə yaxın şagirdin təhsil aldığı məktəbin tövlədən fərqi yoxdur: "Kənd camaatının çoxu qərara alıblar ki, dərs başlayanda uşaqları məktəbə yollamasınlar. Sabah hansısa güclü təbiət hadisəsi baş versə, məktəb çökəcək. Bu hal şagirdlərin məktəbdə olduqları zaman baş verərsə, buna kim cavabdeh olacaq?"
Kənd sakini aidiyyatı qurumlardan səslərinə səs verməyi xahiş edir: "Dəfələrlə uşaqların ayağı məktəbin döşəməsindəki qırıq yerlərə düşüb qırılıb. Nəticədə uşaqlar aylarla məktəbə gedə bilməyiblər. Yeni modul tipli məktəbdən dərslər başlayana qədər bizim kənddə də quraşdırsınlar".
Kənd sakini Nofəl Əliyev də aidiyyatı qurumlardan bu məsələyə əncam çəkmələrini tələb edir: "Əgər yeni tədris ilinə qədər məktəb təmir olunmazsa, oranın şagirdi də olmayacaq. Çünki bizə başqa seçim qoymurlar. Təhsil nə qədər vacib olsa da, övladlarımızın sağlığı hər şeydən vacibdir. Səlahiyyətli şəxslər bu məsələyə əncam çəkməlidirlər, əks təqdirdə kənddə təhsil olmayacaq!"
Digah kəndinin bütün sakinləri sözü bir yerə qoyaraq, məktəb əsaslı təmir olunmasa, sentyabrda uşaqları məktəbə göndərməyəcəklərini bildiriblər.
Sputnik Azərbaycan məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, sözügedən məktəbin vəziyyətindən xəbərdar deyil. Bununla belə, əgər kənd sakinləri onlara problemlə bağlı yazılı müraciət etsələr, Təhsil Nazirliyi problemi həll etməyə çalışacaq.
Digah sakinləri ümid edirlər ki, kənd məktəbi yeni dərs ili başlayana qədər əsaslı təmir olunacaq və sakinlər heç nədən qorxmadan övladlarını təhsil dalınca göndərə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marqarita Simonyanın həyat yoldaşı komaya düşdü
05:27 09.01.2025
Hadisə
Nelson Mandelanın nəvəsi həbs edilib
03:34 09.01.2025
Dünya
Bank sektoru üçün yeni bir mərhələ olacaq -Parlamentari
03:11 09.01.2025
İqtisadiyyat
"Barselona" Messinin şkafını satışa çıxardı
01:35 09.01.2025
Maraqlı
Şahzadə ağlayır, itini itirib...
01:21 09.01.2025
Dünya
Duzlu suda vanna qəbul etmək - FAYDALARI
00:52 09.01.2025
Sağlamlıq
Almaniyada casus dronların sayı artdı
00:34 09.01.2025
Dünya
Vətəndaşa işgəncə verən ata və oğul həbs edildi
00:09 09.01.2025
Hadisə
Blinken: Tərəflər Ukrayna üzrə danışıqlara başlamağa yaxınlaşır
23:56 08.01.2025
Gündəm
ABŞ və Britaniya husilərin mövqelərinə zərbələr endirib
23:44 08.01.2025
Dünya
Kaliforniyada dəhşətli meşə yanğınları: ölənlər var - FOTO
23:30 08.01.2025
Hadisə
Ukrayna Belarusla sərhəddə istehkamlar tikməyə başlayıb
23:27 08.01.2025
Dünya
Hansı virusa yoluxduğumuzu necə ayırd edək?
23:13 08.01.2025
Sağlamlıq
ABŞ və Rumıniya arasında viza rejimi ləğv edilir
22:58 08.01.2025
Dünya
Əmrə Bəlözoğlu avtomobil qəzasına düşdü
22:27 08.01.2025
İdman
Maqdalena Qrono Bakıdan İrəvana gedir
22:06 08.01.2025
Siyasət
Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
21:55 08.01.2025
Dünya
Türkiyəli yazıçı Selim İleri vəfat edib
21:41 08.01.2025
Ədəbiyyat
"Şuşa" restoranı niyə sökülür? - Rəsmi açıqlama
21:32 08.01.2025
Cəmiyyət