Bakıda bu yol iflic oldu: BNA yoxa çıxıb, polis isə... - VİDEO


Bakı yollarının ənənəvi problemlərindən olan yol kənarlarının avtomobil dayanacağı kimi istifadə edilməsi hazırda Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası ərazisindən keçən hissəsini iflic vəziyyətə salıb.

Belə ki, daha çox taksi sürücülərinin dayanma-durma qaydalarını pozduğu bu yolda hərəkət demək olar ki, mümkün deyil.

Axar.az xəbər verir ki, dayanma-durma qaydaları ilə bağlı səlahiyyət BNA-ya verildikdən sonra yol polisi bu cür halların qarşısını ala bilmir, daha doğrusu, səlahiyyətində olmadığına görə bu cür hallara görə polis kimisə cərimələyə bilmir. Nəticə etibarilə də belə bir biabırçı vəziyyət yaranıb.

Ənənəvi olaraq, hazırda BNA əməkdaşları ərazidə yoxdur.