Bakıda gənc qız dəniz qırağında öldü


Binəqədi rayonunda ölüm hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bədbəxt hadisə Novxanı çimərliyi yaxınlığında baş verib.

25 yaşlı Abdullazadə Əminə Faiq qızı avtomobildən dəniz qırağına düşmək istəyərkən qəfildən halı pisləşib.

Avtomobilin sürücüsü ona yardım etmək istəyən zaman Ə. Abdullazadə keçinib.

Məlum olub ki, Ə.Abdullzadə epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş.