İtkin tələbədən xəbər yoxdu: "Yolunu gözləyirik"

Azərbaycan Dillər Universitetinin (ADU) II kurs tələbəsi Əsədulla Cəfərovun hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir.

Bu barədə Lent.az -a açıqlamasında onun atası Əfqan Cəfərov deyib. O bildirib ki,oğlunu sonuncu dəfə sentyabrın 18-də görüb:

"Əsədullanın dostları onu gördüyünü və vəziyyətinin yaxşı olduğunu deyiblər. Ancaq dəqiq məlumat hələ də yoxdur. Hazırda onun yolunu gözləyirik".

Qeyd edək ki, atasının bildirdiyinə görə, oğlunun evi tərk etməsinə səbəb bu il təhsil haqqını ödəyə bilməməsi və kəsrinin olması olub.
Əlavə edək ki, ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli faktı təsdiqləyib. O bildirib ki, atası tələbənin itkin düşməsi ilə bağlı universitetə də gələrək, məlumat verib.