Bakıda bu market qarğıdalıdan hazırlanan paket verir – FOTO

“Araz” supermarketlər şəbəkəsi polietilen məmulatlardan istifadənin azaldılması tədbirləri çərçivəsində bu dəfə müştərilərə qarğıdalı və
kartofdan hazırlanan bio-paketlər təklif edib.

Bu barədə Lent.az -a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova deyib.
O bildirib ki, bio-paketlər 6 aydan sonra çürüməyə başlayır:

“Bu gündən etibarən müştərilərə polietilen paketlərlə alternativ olaraq, bio-paketlər təklif edirik. Bir müddət əvvəl parçadan hazırlanan eko-paketlər təklif
etdik və bu layihə maraqla qarşılandığı üçün bu dəfə onun davamı olaraq, tamamilə bio olan paketlər təklif edirik. Görünüşünə görə polietilen paketlərə
oxşayan bu paketlər yüz faiz təbiidir, qarğıdalı və kartofdan hazırlanıb. Təxminən 6 aydan sonra bio-paketlər çürüyərək torpağa qarışır. Bu bio-paketlərin qiyməti isə 10 qəpikdir”.

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qabların və polietilen məmulatların insan sağlamlığına zərərli olması ilə əlaqədar həyəcan siqnalı çalıb və onlardan istifadəni məhdudlaşdıran kampaniyaya başlayıb.