Bakıda əlil arabası ilə yoxa çıxan gənc tapıldı - YENİLƏNİB

Bakıda əlil arabası ilə itkin düşən şəxs tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əlil arabası ilə birlikdə yoxa çıxan Ağdam sakini Muradov Mahir Çərkəz oğlu tapılıb.

Bildirilib ki, Alı Mustafayev küçəsi 10 ünvanında itkin düşən şəxs Bakı şəhər 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tapılıb və ailəsinə təhvil verilib. 

11:09

Bakıda əlil arabasında olan şəxs küçədə itkin düşüb.

Hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 3-cü küçədə yaşayan Məmmədov Kəramət Bəyzadə oğlu həmin küçədə yaşayan əlil Mudarov Mahir Çərkəz oğlunu Nəsimi rayonu, Alı Mustafayev küçəsi 10 saylı ünvanın yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Mudarovu orada görməyib.
Faktla bağlı araşdırma aparılır.