Qocalar evinə gedən həkim 54 nəfəri koronavirusa yoluxdurdu

Türkiyədə qocalar evində yaşlı insanları mütəmadi müayinə edən həkim müəssisənin rəhbərliyinə koronavirusa yoluxduğunu bildirib.
“Milliyet” xəbər verir ki, qocalar evinin rəhbərliyi bütün yaşlıları testdən keçirib və 54 nəfərin test nəticələri müsbət olub.
Yaşlılar müalicə üçün İstanbulun fərqli xəstəxanalarına göndərilib.
Qocalar evinin bağlandığı bildirilir.