Ahıllar ölkə rəhbərindən çox razıdırlar: "Həyata keçirdiyiniz siyasəti bəyənir və dəstəkləyirik”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Balakən rayonunun Qazma kəndinin sakini Rəcəb Qarakişiyev ölkə rəhbərinə məktubunda diqqətə çatdırır: 

 “Möhtərəm cənab Prezident, mən bu kiçik məktubu yazmaqla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin günlərdə işsizlərə verilən 190 manat birdəfəlik ödəməni aldım. Məni və ailəmi sevindirdiniz. Buna görə Sizə çox-çox təşəkkür edirəm. Biz yaşlılar hər zaman Sizin həyata keçirdiyiniz siyasəti bəyənir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə bu virusa qalib gələcək. Allah Sizin kölgənizi bizim ölkəmizin başı üstündən əskik eləməsin, inşallah!”.