Müharibə əlilindən dövlət rəhbərinə: “Azərbaycan xalqı daim Sizinlədir”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Şəmkir rayonunun Əliyaqublu kəndindən II qrup Çernobıl əlili Mahir Kazımov dövlət rəhbərinə yazır:

“Çox hörmətli Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin dövlətçilik təcrübəsindən yararlanan dövlət başçısınız. Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, vətəndaşların sosial rifahı yaxşılaşıb. Siz xalqımızı koronavirusdan qoruyursunuz, çalışırsınız ki, Azərbaycan xalqı sağlam və xoşbəxt yaşasın. Bütün bunlara görə də Azərbaycan xalqı daim Sizinlədir. Cənab Prezident, mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun!”.