Gündə 10-15 ədəd gilas yesəniz, baxın nələr olur?


 Yay gəldi, dadıyla damaqlara dad verən gilas süfrədəki yerini aldı. İçərisində olan bol vitaminlər sayəsində orqanizmə verdiyi faydaları saymaqla bitməyən gilas, xəstəliklərin müalicəsində belə istifadə edilir. Üstəlik "Kökəlməkdən qorxuram" deyənlər üçün də gilas olduqca təsirlidir!

Sherg.az türk mediasına istinadən xəbər verir ki, gilas vitamin və mineral mənbəyidir. 100 qram gilas ortalama 14-15 ədəddir və 65 kaloriyə bərabərdir. A vitamini, kaliumla zəngin olması ilə bərabər antioksidan məzmunu da yüksəkdir.

Gilasda olan sink turşusu, böyrəklərə daş və qumun yığılmasını önləyər və ya daşın və qumun tökülməsinə yardımçı olar.

Gilas zəngin, antioksidan bir meyvədir. Orqanizmdə  yarana biləcək iltihabı reaksiyaların önlənməsinə, arıqlamağa yardım etməklə infeksion xəstəliklərə qarşı da mübarizə aparır.

Bu meyvə həmçinin həzm sistemini yaxşılaşdırar, qəbizliyi aradan qaldırar.

Turan